Mobil versiya
Ankaradan S-400-lərlə bağlı rəsmi açıqlama
Tarix: 16-07-2026 | Saat: 14:13
Bölmə:Özəl | çapa göndər

Ankaradan S-400-lərlə bağlı rəsmi açıqlama



Türkiyə Milli Müdafiə Nazirliyi Rusiyadan alınmış S-400 hava hücumundan müdafiə sistemlərinin başqa ölkəyə verilməsi və ya satılması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, S-400 sistemləri ilə bağlı proseslər müxtəlif istiqamətlər üzrə davam edir və mövzu ilə əlaqədar inkişaflar barədə ictimaiyyətə rəsmi qaydada məlumat veriləcək.
Bununla yanaşı, qurum yayılan xəbərləri birbaşa təsdiqləməyib və ya təkzib etməyib.
Qeyd edək ki, son günlər beynəlxalq mediada Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin Körfəz ölkələrindən birinə verilə biləcəyi ilə bağlı müxtəlif iddialar yayılıb. Həmin məlumatlarla bağlı rəsmi təsdiq təqdim olunmayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-07-2026