Mobil versiya
Fələstinin Baş naziri Zəfər parkını ziyarət etdi - FOTOLAR
Tarix: 16-07-2026 | Saat: 11:42
Bölmə:Siyasət | çapa göndər

Fələstinin Baş naziri Zəfər parkını ziyarət etdi -

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Bakıda Zəfər parkını ziyarət edib.

aia.az xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fələstin Dövlətinin Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.

Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-07-2026