Final öncəsi gündəm olan kadr: Messi və Lamin Yamalın "sehrli fotosu"
Tarix: 17-07-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

2026-cı il dünya çempionatının finalında İspaniya və Argentina yığmalarının qarşılaşacağı oyun ərəfəsində "Barselona" klubu azarkeşlərin diqqətini çəkən tarixi bir fotonu yenidən paylaşaraq gündəmə gətirib.
Klubun mətbuat xidməti illər əvvəl çəkilmiş, Lionel Messinin hələ körpə olan Lamin Yamalı vannada çimdirdiyi məşhur şəkli yayımlayıb. Paylaşımda həmin kadr "sehrli foto" ifadəsi ilə təqdim olunub.
Sosial şəbəkələrdə geniş maraq doğuran bu foto futbolsevərlər tərəfindən xüsusi simvolik məna daşıdığı kimi qiymətləndirilir. Bir vaxtlar dünya futbolunun ulduzu olan Messi ilə gələcəyin parlaq istedadlarından hesab edilən Lamin Yamalın eyni kadrda yer alması azarkeşlər arasında maraqlı müzakirələrə səbəb olub.
Qeyd edək ki, Argentina və İspaniya yığmaları dünya çempionatının həlledici final görüşündə üz-üzə gələcək. Qarşılaşma öncəsi yayılan bu foto isə matçın ətrafında yaranan marağı daha da artırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-07-2026