Şəmkirdə Səməd Vurğunun 120 illik yubileyi münasibətilə tədbir keçirildi -Fotolar
Tarix: 20-07-2026 | Saat: 16:10
Bölmə:Özəl | çapa göndər

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin, Şəmkir rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan yubiley tədbiri keçirildi.
aia.az xəbər verir ki, tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşı Ruhid Hacıyev, Şəmkir rayonu Heydər Əliyev Mərkəzinin, Şəmkir Ə.Cavad adına Mədəniyyət Mərkəzinin rəhbər heyyəti və əməkdaşları partiya fəalları iştirak etdilər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli şair Səməd Vurğunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev çıxış edərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Səməd Vurğun dühasına dövlətçilik səviyyəsinə hər zaman ən ali dəyəri verib. Ulu Öndərin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi haqqında 26 fevral 2026-cı il tarixli Sərəncamı sənətkarın ruhuna ehtiramın, xalqın mənəvi mirasına, mədəni irsinə sadiqliyin təcəssümüdür.
Digər çıxış edənlər Səməd Vurğunun Azərbaycan ədəbiyyatının inkişafındakı müstəsna xidmətlərindən, onun zəngin bədii irsinin milli-mənəvi dəyərlərimizin qorunması və təbliğindəki rolundan danışdılar. Şairin yaradıcılığının vətənpərvərlik, insanpərvərlik və yüksək mənəvi keyfiyyətlərin təbliği baxımından bu gün də aktuallığını qoruduğunu vurğuladılar. Səməd Vurğunun əsərlərinin Azərbaycan poeziyasının ən dəyərli nümunələri arasında yer almasını və gənc nəslin milli ruhda formalaşmasına mühüm töhfə verməsini qeyd etdilər. Onların sözlərinə görə, Vurğunun yaradıcılığı təkcə ölkəmizdə deyil, beynəlxalq ədəbi mühitdə də böyük maraqla qarşılanır.
Tədbirin bədii hissəsində şairin şeirləri səsləndirildi, onun yaradıcılığına həsr olunmuş kompozisiyalar təqdim olundu. Şəmkir Ə.Cavad adına Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında Səməd Vurğunun əsərlərindən ibarət nümayiş etdirilən parçalar iştirakçılar tərəfindən maraqla qarşılandı.
Sonda vurğulandı ki, Səməd Vurğunun zəngin ədəbi irsinin öyrənilməsi və təbliği istiqamətində keçirilən tədbirlər gələcək nəsillərin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsinə xidmət edəcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-07-2026