Mobil versiya
Azərbaycanda 38 dərəcə isti olacaq - Proqnoz
Tarix: 21-07-2026 | Saat: 13:46
Bölmə:Karusel / Ölkə | çapa göndər

Azərbaycanda 38 dərəcə isti olacaq -

İyulun 22-də ölkə ərazisində əsasən isti və quru hava şəraiti müşahidə olunacaq.

aia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gün ərzində cənub-şərq küləyi ilə əvəzlənəcək.

Paytaxtda havanın temperaturu gecə 22-25, gündüz 30-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə 60-70 faiz, gündüz 45-50 faiz arasında dəyişəcək.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış, şimşək və dolu ehtimalı var. Ayrı-ayrı dağlıq yerlərdə arabir duman müşahidə edilə bilər.

Rayonlarda temperatur gecə 22-26, gündüz 33-38 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-07-2026