BMT-nin yeni baş katibi seçkisi: Proses və əsas namizədlər
Tarix: 21-07-2026 | Saat: 21:13
Bölmə:Özəl | çapa göndər

Birləşmiş Millətlər Təşkilatında (BMT) növbəti baş katibin seçilməsi prosesi davam edir. Yeni rəhbər beşillik müddətə təşkilata rəhbərlik edəcək və seçki beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, xarici işlər naziri Sergey Lavrov Moskvada BMT baş katibliyinə namizədlərdən biri, Seneqalın sabiq prezidenti Maki Sall ilə görüş keçirib. Görüş zamanı namizəd proqramını təqdim edib, tərəflər isə BMT-nin beynəlxalq münasibətlər sistemindəki rolu və təşkilatın gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar. Daha əvvəl Lavrov digər namizəd Maria Fernanda Espinosa ilə də görüş keçirmişdi.
BMT baş katibinin seçilməsi proseduru 2025-ci il noyabrın 25-də rəsmi olaraq başlanıb. Proses çərçivəsində üzv dövlətlər namizədlərini irəli sürür, daha sonra namizədlər açıq dinləmələrdə proqramlarını təqdim edərək üzv ölkələrin suallarını cavablandırırlar.
Seçkinin əsas mərhələsi BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədir. Namizədin irəli sürülməsi üçün Şuranın ən azı doqquz üzvünün dəstəyi tələb olunur. Bununla yanaşı, Təhlükəsizlik Şurasının beş daimi üzvündən – ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransadan hər hansı birinin vetosu namizədin irəliləməsinə mane ola bilər. Şuranın tövsiyə etdiyi namizəd daha sonra Baş Assambleyanın təsdiqinə təqdim edilir.
Hazırda əsas namizədlər arasında Çilinin sabiq prezidenti Mişel Baçelet, Kosta-Rikanın sabiq vitse-prezidenti Rebeka Qrinspan, Seneqalın sabiq prezidenti Maki Sall və Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi yer alır. Namizədlər proqramlarında BMT-də islahatlar, beynəlxalq təhlükəsizlik, vasitəçilik mexanizmlərinin gücləndirilməsi, insan hüquqlarının müdafiəsi və təşkilatın səmərəliliyinin artırılması kimi məsələlərə üstünlük verirlər.
Beynəlxalq ekspertlərin fikrincə, qarşıdakı aylarda seçki prosesi daha fəal mərhələyə keçə bilər və yeni namizədlərin irəli sürülməsi də istisna olunmur. Bununla belə, yekun nəticənin formalaşmasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin mövqeyi həlledici rol oynayacaq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-07-2026