Ermənistanda itkin hərbçilərin yaxınları Azərbaycanla birbaşa təmas təklif edib
Tarix: 21-07-2026 | Saat: 13:05
Bölmə:Özəl | çapa göndər

Ermənistanda itkin düşmüş hərbçilərin yaxınları hökumət binası qarşısında növbəti etiraz aksiyası keçirərək, yaxınlarının taleyi ilə bağlı rəsmi qurumlardan konkret məlumat tələb ediblər.
Erməni KİV-lərinin məlumatına görə, aksiya iştirakçıları hakimiyyətə məsələ ilə bağlı aydınlıq gətirilməsi üçün bir həftə vaxt verdiklərini bildiriblər.
İtkin hərbçilərdən birinin əmisi Arsen Qukasyan jurnalistlərə açıqlamasında 1990-cı illərdən etibarən dəfn yerləri barədə məlumata malik şəxsləri təşəbbüs qrupu ilə əlaqə saxlamağa çağırıb. O, bu məlumatlar əsasında vahid məlumat bazasının yaradılmasının faydalı ola biləcəyini qeyd edib.
Qukasyan həmçinin bildirib ki, təşəbbüs qrupu itkin düşmüş şəxslərin taleyinin araşdırılması məqsədilə Azərbaycan tərəfi ilə humanitar təmas qurmağa hazırdır. Onun sözlərinə görə, bu məqsədlə Həkəri çayı yaxınlığında görüş keçirilməsi və qarşı tərəfdə oxşar vəziyyətdə olan ailələrlə əlaqə yaradılması təklif olunur.
O əlavə edib ki, ailələrin əsas məqsədi itkin düşmüş şəxslərin taleyi barədə məlumat əldə etməkdir və bu istiqamətdə bütün mümkün humanitar vasitələrdən istifadə edilməsini vacib hesab edirlər.
Azərbaycanın rəsmi qurumları sözügedən təşəbbüslə bağlı hələlik açıqlama verməyiblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-07-2026