Novruzəli Aslanov: “Azərbaycan–Almaniya əlaqələrində yeni mərhələ başlayır”
Tarix: 22-07-2026 | Saat: 10:44
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan Respublikasının balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursunun növbəti uğurlu təzahürü kimi qiymətləndirilə bilər. Avropanın aparıcı dövlətlərindən biri olan Almaniya ilə yüksəksəviyyəli təmasların intensivləşməsi ikitərəfli münasibətlərin inkişafına yeni dinamika gətirməklə yanaşı, Azərbaycanın beynəlxalq tərəfdaşlıq siyasətinin ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini də nümayiş etdirir. Səfər çərçivəsində keçirilən görüşlərin zəngin gündəliyi, aparılan müzakirələrin əhatə dairəsi və imzalanan sənədlər göstərir ki, Bakı ilə Berlin arasında əməkdaşlıq artıq təkcə ənənəvi istiqamətlərlə məhdudlaşmır. Bu münasibətlər iqtisadiyyat, enerji, sənaye, investisiya, yaşıl enerji, nəqliyyat-logistika və digər perspektivli sahələri də əhatə edən geniş strateji əməkdaşlıq müstəvisində inkişaf edir. Məhz bu yanaşma hər iki ölkənin qarşılıqlı maraqlarına xidmət edən uzunmüddətli tərəfdaşlığın möhkəm əsaslar üzərində qurulduğunu təsdiqləyir.”
Bunları aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin Almaniya Prezidenti ilə keçirdiyi təkbətək və geniş tərkibli görüşlər, eləcə də Federal Kansler Fridrix Mertslə apardığı danışıqlar iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu nümayiş etdirdi: “Qarşılıqlı hörmətə və etimada əsaslanan bu dialoq Azərbaycan ilə Almaniyanın regional və beynəlxalq məsələlər üzrə də açıq fikir mübadiləsi apardığını, münasibətləri yeni keyfiyyət mərhələsinə yüksəltmək niyyətində olduqlarını göstərdi. Səfərin diqqətçəkən məqamlarından biri də Prezident İlham Əliyevin Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşü oldu. Bu görüş iqtisadi əməkdaşlığın genişləndirilməsinə verilən önəmin göstəricisi olmaqla yanaşı, Almaniya biznes dairələrinin Azərbaycana artan marağını da əks etdirir. Son illər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, sahibkarlıq mühitinin yaxşılaşdırılması, nəqliyyat və enerji infrastrukturunun müasirləşdirilməsi Azərbaycanı xarici investorlar üçün etibarlı və cəlbedici tərəfdaşa çevirib. Almaniya şirkətlərinin bu prosesdə daha fəal iştirak etməsi hər iki tərəf üçün yeni imkanlar açır.
Azərbaycan bu gün Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika qovşaqlarından biridir. Orta Dəhlizin inkişafı, Xəzər regionunda həyata keçirilən irimiqyaslı layihələr, ölkəmizin enerji təhlükəsizliyinə verdiyi töhfələr Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlığa marağını daha da artırır. Almaniya ilə münasibətlərin genişlənməsi də məhz bu reallıqlar fonunda xüsusi aktuallıq kəsb edir.
Səfər zamanı Azərbaycan və Almaniya arasında müxtəlif sənədlərin imzalanması münasibətlərin hüquqi bazasının daha da möhkəmləndirilməsinə xidmət edir. Bu sənədlər yalnız mövcud əməkdaşlığın nəticəsi deyil, eyni zamanda gələcək birgə layihələrin həyata keçirilməsi üçün etibarlı zəmin yaradır. Bu isə göstərir ki, tərəflər münasibətləri perspektivə hesablanmış şəkildə inkişaf etdirmək əzmindədirlər. Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş obrazı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan məhz Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və müstəqil xarici siyasət nəticəsində belə etibarlı tərəfdaş kimi qəbul edilir. Almaniyaya rəsmi səfər də bu etimadın daha da möhkəmləndiyini, ölkəmizin Avropanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək imkanlarının getdikcə artdığını nümayiş etdirdi. Şübhəsiz ki, bu səfər ikitərəfli münasibətlər tarixində mühüm mərhələ kimi yadda qalacaq. Əldə olunan nəticələr Azərbaycan–Almaniya əməkdaşlığının gələcək inkişafına yeni impuls verəcək, siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə mühüm töhfə olacaq. Bu isə Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə və milli maraqlarının daha effektiv şəkildə təmin edilməsinə xidmət edən mühüm diplomatik nailiyyət kimi qiymətləndirilə bilər” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər