Ermənistanın Hindistan istehsalı "Astra" raketləri ilə bağlı danışıqları davam edir
Tarix: 22-07-2026 | Saat: 18:13
Bölmə:Özəl | çapa göndər

Hindistanın BusinessLine nəşrinin məlumatına görə, Ermənistan Hindistan istehsalı olan "Astra" sinif "hava-hava" raketlərinin alınması ilə bağlı danışıqları yekun mərhələyə çatdırıb. Məlumata əsasən, raketlərin Ermənistan Hərbi Hava Qüvvələrinin istifadəsində olan Su-30SM qırıcılarına inteqrasiyası məsələsi də müzakirə olunur.
Nəşr bildirir ki, Hindistanın "Astra" raketlərinə maraq göstərən bir neçə ölkə var və Ermənistan da həmin ölkələr sırasındadır. Bununla bağlı rəsmi satınalma müqaviləsi barədə hələlik açıqlama verilməyib.
"Astra Mk-1" raketi Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (DRDO) tərəfindən hazırlanıb və Bharat Dynamics Limited şirkəti tərəfindən istehsal olunur. Raketin təxminən 110 kilometrədək məsafədə hava hədəflərini vurmaq imkanına malik olduğu bildirilir. Hindistan daha uzun mənzilli "Astra Mk-2" və "Astra Mk-3" versiyalarının da hazırlanması üzərində işləyir.
Son illərdə Ermənistan müdafiə sahəsində Hindistanla əməkdaşlığını genişləndirərək müxtəlif silah və hərbi texnika tədarükü ilə bağlı müqavilələr imzalayıb. Bu proses regionda təhlükəsizlik məsələləri fonunda diqqətlə izlənilir.
Hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Ermənistanın silahlanma siyasəti əsasən 2020-ci il müharibəsindən sonra ordunun yenidən formalaşdırılması və modernləşdirilməsi məqsədi daşıyır. Onun fikrincə, yeni silahların alınması və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi həm daxili auditoriyaya, həm də ölkənin müdafiə strategiyasına yönəlmiş addımlar kimi qiymətləndirilə bilər.
Ekspert eyni zamanda qeyd edir ki, hərbi arsenalın genişləndirilməsi avtomatik olaraq yaxın perspektivdə silahlı münaqişənin baş verəcəyi anlamına gəlmir. Onun sözlərinə görə, region ölkələri müdafiə imkanlarını gücləndirməyə davam edir və təhlükəsizlik mühiti bu istiqamətdə atılan addımları müəyyənləşdirən əsas amillərdən biridir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər