“AzerGold” QSC-nin KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti görüşünü keçirib -Fotolar
Tarix: 22-07-2026 | Saat: 11:26
Bölmə:İqtisadiyyat | çapa göndər

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsi Daşkəsən rayonunun Çovdar və Quşçu kəndləri, eləcə də digər yaşayış məntəqələrinin sakinləri ilə növbəti görüş keçirib.
Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) təşkil olunan görüşdə “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, KSM Komitəsinin üzvü İlqar Cəlilov, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov, eləcə də komitənin digər üzvləri iştirak ediblər.
Görüş zamanı Səhmdar Cəmiyyətinin fəaliyyət göstərdiyi, xüsusilə hasilat işlərinin həyata keçirildiyi mədənlərin yaxınlığında yerləşən kənd və qəsəbələrin sosial-iqtisadi inkişafının dəstəklənməsi, ətraf mühitin mühafizəsi və yerli icmaların rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, 2026-cı ilin ilk yarısında rayon ərazisində sosial rifahın gücləndirilməsi, abadlıq-quruculuq, azyaşlıların asudə vaxtının səmərəli təşkili, təhsilin təşviqi, mədəni maarifləndirmə, idmanın inkişafı, ətraf mühitin mühafizəsi və digər istiqamətlər üzrə dövlət siyasətinə əlavə töhfə vermək məqsədilə ümumilikdə 15 sosial layihə və tədbir həyata keçirilib.
Bildirilib ki, ilin sonunadək “AzerGold” QSC ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı çərçivəsində Quşçu kəndində günəş enerjisi ilə işləyən küçə işıqlandırma sisteminin quraşdırılması, genişmiqyaslı səyyar tibbi müayinə aksiyasının təşkili, Daşkəsən məktəbliləri üçün tədris mərkəzinin yaradılması, həmçinin bir sıra infrastruktur layihələrinin icrası nəzərdə tutulur.
Tədbirin sonunda sakinlərin müraciətləri dinlənilib, onların təklif və təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılıb. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər araşdırılması və mövcud səlahiyyətlər çərçivəsində, qanunvericiliyin tələblərinə uyğun həlli imkanlarının qiymətləndirilməsi məqsədilə qeydiyyata alınıb.
Qeyd edək ki, “AzerGold” QSC-nin KSM Komitəsi tərəfindən yerli icmaların sosial ehtiyaclarının müəyyənləşdirilməsi, ictimai dialoqun gücləndirilməsi və qarşılıqlı əməkdaşlığın inkişafı məqsədilə bu cür ənənəvi görüşlərin keçirilməsi davam etdiriləcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər