Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunacaq
Tarix: 22-07-2026 | Saat: 11:49
Bölmə:Özəl | çapa göndər

Azərbaycanın Xalq artisti Tofiq Mirzəyev İsrailin Arad şəhərində torpağa tapşırılacaq. Bu barədə İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib.
Onun sözlərinə görə, Tofiq Mirzəyev iki ay əvvəl insult keçirmiş, lakin tam sağala bilməmişdi. Aktyor uzun illərdir İsrailin Arad şəhərində yaşayırdı.
Yeganə Salman bildirib ki, sənətkar sağlığında dəfələrlə Bakıda dəfn olunmaq arzusunu dilə gətirsə də, ailə qərarına uyğun olaraq Arad şəhərindəki qəbiristanlıqda dəfn ediləcək. Həmin qəbiristanlıqda onun anası, qardaşı Teymur Mirzəyev və bacısı Leyla Mirzəyeva da uyuyur.
94 yaşında vəfat edən Tofiq Mirzəyev Azərbaycan kino və teatr sənətinin tanınmış simalarından biri idi. O, yaradıcılığı dövründə 35-dən çox filmdə rol alıb və "Uşaqlığın son gecəsi", "Nəsimi", "Təhminə", "O qızı tapın", "İstintaq" və digər ekran əsərlərində yaratdığı obrazlarla tamaşaçıların yaddaşında qalıb.
Tofiq Mirzəyevin vəfatı Azərbaycan mədəniyyəti üçün əlamətdar itki kimi dəyərləndirilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-07-2026