YAP Şəmkir rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib -Fotolar
Tarix: 22-07-2026 | Saat: 14:49
Bölmə:Özəl | çapa göndər

aia.az xəbər verir ki, görüşü giriş nitqi ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev ərazi partiya təşkilatlarında işin səmərəliliyin artırılmasına dair təşkilatı məsələləri ilə əlaqədar gündəliyi qeyd edib. Bildirib ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 760 minə yaxın üzvü var: “Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi”.
Zamir Güvəndiyev xalqımızın daim dövlətimizin başçısının ətrafında sıx birləşdiyini vurğulayıb. Bu həmrəyliyin bariz nümunələrindən biri də məhz 44 günlük Vətən müharibəsində öz təsdiqini tapıb. Qeyd edilib ki, məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olunub.
Bildirilib ki, partiyamızın sosial şəbəkələrdə fəaliyyətinin daha sistemli, məqsədyönlü və koordinasiyalı şəkildə qurulmasını tələb edir. Tapşırıqların icrasında məsuliyyətli olmağınız və prosesin vaxtında tamamlanması xüsusi əhəmiyyət daşıyır.
Daha sonra çıxış edən YAP Şəmkir rayon təşkilatının əməkdaşı Şövqi Həsənov qurumlardakı və yerli səviyyədə fəaliyyət göstərən bütün əməkdaşlar arasında koordinasiya gücləndirilməli, məlumat mübadiləsi operativ və ardıcıl təşkil olunmalıdır. Bu sahədə hər birinizdən təşəbbüskarlıq, peşəkarlıq və daha yüksək nəticələr gözlənildiyini bildirdi. Ş.Həsənov qeyd edib ki, “Qarşıdakı dövrdə fəaliyyətimizin daha ardıcıl, koordinasiyalı və məhsuldar olmasını arzu edirəm.”
Daha sonra çıxış edən bir neçə ərazi partiya təşkilat sədrləri partiyanın fəaliyyətinin yeni mərhələdə daha sistemli şəkildə qurulması və qeyd olunan istiqamətlər üzrə fəaliyyətlərin genişləndirilməsinə ehtiyac olduqlarını vurğuladılar.
Rayon təşkilatının sədri tədbirin sonunda ərazi partiya təşkilatlarına tapşırıq və tövsiyələrini verərək onları daha da fəal olmağa, rayon təşkilatının fəaliyyətində yaxından iştirak etməyə çağırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər