Qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan etibarlı tərəfdaşlıq
Tarix: 23-07-2026 | Saat: 10:58
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident İlham Əliyevin iyulun 21-də Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və verilən bəyanatlar rəsmi Bakı ilə Berlin arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunun göstəricisidir. Strateji dialoqun başlanması, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi, nəqliyyat-logistika sahəsində birgə fəaliyyətin dərinləşdirilməsi və regional təhlükəsizlik məsələləri iki ölkənin əməkdaşlıq gündəliyində əsas yer tutur.
Prezident İlham Əliyev bəyanatında vurğulayıb ki, biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. İki ölkə arasında imzalanan “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldəcək və gələcək əməkdaşlıq üçün etibarlı yol xəritəsi rolunu oynayacaq. Bununla yanaşı, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması iqtisadi əlaqələrin daha sistemli və davamlı inkişafına əlavə stimul verəcək.
Azərbaycan və Almaniya arasında siyasi münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır. İki ölkə beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət mövqeyindən çıxış edir. Məhz bu prinsiplər uzun illər ərzində ikitərəfli münasibətlərin möhkəmlənməsində mühüm rol oynayıb. Almaniya Avropa İttifaqının (Aİ) aparıcı dövləti kimi həm Avropa siyasətində, həm də qlobal iqtisadi proseslərdə mühüm təsir imkanlarına malikdir. Azərbaycan isə Cənubi Qafqazın aparıcı dövləti, Avrasiyanın əsas enerji və nəqliyyat mərkəzlərindən biri kimi Almaniya üçün etibarlı tərəfdaşdır. Bu baxımdan strateji dialoqun başlanması regional və beynəlxalq əməkdaşlıq baxımından da böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məsələlərdən biri enerji sahəsində əməkdaşlıq olub. Dövlət başçısı bildirib ki, bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Hazırda Azərbaycan qazı Avropa İttifaqının 10 üzv ölkəsinə çatdırılır və bu göstərici ölkəmizin Avropanın enerji təhlükəsizliyində artan rolunu bir daha təsdiqləyir.
Azərbaycan uzun illərdir ki, etibarlı enerji tərəfdaşı kimi tanınır. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya fasiləsiz qaz tədarükü, neft ixracı və gələcəkdə yaşıl enerji resurslarının Avropa bazarına çıxarılması istiqamətində həyata keçirilən layihələr enerji əməkdaşlığını daha da genişləndirir. Almaniyanın yaşıl iqtisadiyyat və bərpa olunan enerji sahəsində zəngin təcrübəsi bu istiqamətdə yeni birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.
Azərbaycanın əlverişli investisiya mühiti Almaniya şirkətlərinin marağını artıran əsas amillərdəndir. Hazırda ölkəmizdə 200-dən çox Almaniya şirkəti müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Sənaye, tikinti, nəqliyyat, logistika, kənd təsərrüfatı, informasiya texnologiyaları və xidmət sektorunda həyata keçirilən layihələr iki ölkə arasında iqtisadi münasibətlərin dinamik inkişaf etdiyinin göstəricisidir.
Səfər çərçivəsində qarşılıqlı investisiyaların artırılması, sənaye əməkdaşlığının genişləndirilməsi və Almaniya şirkətlərinin Azərbaycanda, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə daha fəal iştirakı ilə bağlı konkret təkliflər irəli sürülüb. Bu amillər gələcəkdə iqtisadi əlaqələrin daha da genişlənəcəyinə əsas verir.
Qlobal ticarət marşrutlarının dəyişdiyi müasir dövrdə Azərbaycanın tranzit imkanları daha da aktuallaşıb. Prezident İlham Əliyev vurğulayıb ki, keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və digər beynəlxalq layihələr Azərbaycanın logistika potensialını əhəmiyyətli dərəcədə artırıb. Almaniyanın logistika və mühəndislik sahəsindəki qabaqcıl təcrübəsi bu istiqamətdə əməkdaşlıq üçün yeni perspektivlər yaradır. Səfər zamanı bu sahədə işçi qruplarının yaradılması barədə razılıq əldə olunması da əməkdaşlığın praktik nəticələrə yönəldiyini təsdiqləyir.
Prezident İlham Əliyev bəyanatında Cənubi Qafqazda yaranmış yeni reallıqlara da toxunub. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra regionda davamlı sülhün təmin olunması istiqamətində ardıcıl təşəbbüslərlə çıxış edir. Dövlətimizin başçısı Almaniyanın Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına verdiyi dəstəyi yüksək dəyərləndirib. Xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlər və Almaniyanın konstruktiv mövqeyi regionda etimad mühitinin formalaşmasına öz töhfəsini verib. Azərbaycanın sülh gündəliyinə sadiqliyi və əməkdaşlıq təşəbbüsləri Cənubi Qafqazda yeni iqtisadi əlaqələrin yaranmasına da zəmin yaradır.
Prezident İlham Əliyev çıxışında Avropa İttifaqı ilə münasibətlərin inkişafına da toxunub. Bu il Avropa İttifaqının yüksək səviyyəli rəhbərlərinin Azərbaycana səfərləri qarşılıqlı münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Almaniya Avropa İttifaqının aparıcı üzvüdür, rəsmi Berlinlə strateji tərəfdaşlığın möhkəmlənməsi Azərbaycan–Aİ əlaqələrinin daha da inkişaf etməsinə mühüm töhfə verəcək.
Azərbaycan ilə Almaniya arasında münasibətlər artıq yeni strateji məzmun qazanır. Siyasi dialoqun institusional əsaslara keçirilməsi, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-logistika layihələrinin inkişafı, biznes əlaqələrinin möhkəmləndirilməsi və regional sülhə verilən dəstək bu tərəfdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir.
Azərbaycan Avropa ilə əməkdaşlığını qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və ortaq maraqlar prinsipləri əsasında inkişaf etdirir. Almaniya ilə münasibətlərin yeni mərhələyə yüksəlməsi isə təkcə iki ölkənin deyil, bütövlükdə Avropa və Cənubi Qafqaz regionunun sabitliyi, enerji təhlükəsizliyi və iqtisadi inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Asif Əsgərov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər