Azərbaycanın güclənən beynəlxalq mövqeyi Almaniya ilə münasibətlərdə yeni imkanlar açır
Tarix: 23-07-2026 | Saat: 11:27
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident İlham Əliyevin iyulun 21-də Almaniyaya həyata keçirdiyi rəsmi səfər Azərbaycan–Almaniya münasibətlərinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, ölkəmizin beynəlxalq aləmdə artan siyasi nüfuzunun, etibarlı tərəfdaş imicinin və qalib dövlət kimi formalaşdırdığı yeni geosiyasi reallıqların növbəti təsdiqi oldu. Bu səfər göstərdi ki, Azərbaycan artıq təkcə regionun deyil, Avropanın da siyasi və iqtisadi gündəmində mühüm yer tutan, əməkdaşlıq üçün etibarlı və perspektivli tərəfdaş kimi qəbul edilir.
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Azərbaycanın həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, xüsusilə enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi Almaniya kimi Avropanın aparıcı dövlətlərinin ölkəmizə marağını daha da artırıb. Məhz bu reallıq Prezident İlham Əliyevin Almaniyaya səfərinin siyasi və iqtisadi əhəmiyyətini daha da artırır.Dövlət başçısının səfər zamanı səsləndirdiyi fikirlər Azərbaycan iqtisadiyyatının xarici investorlar üçün cəlbediciliyini və ölkəmizin sabit biznes mühitini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev qeyd edib:
“Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Fəal iş görən şirkətlərin sayı 200-dən çoxdur. Əminəm ki, bugünkü səfərdən sonra onların sayı daha da artacaq. Qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə edilir. Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülmüşdür.”
Bu fikirlər təsdiq edir ki, Azərbaycan artıq yalnız enerji resursları ilə deyil, əlverişli investisiya mühiti, qanunvericilik bazası, siyasi sabitliyi və geniş iqtisadi imkanları ilə də beynəlxalq biznes üçün cəlbedici ölkəyə çevrilib. Almaniyanın qabaqcıl texnologiyalarının, sənaye və innovasiya təcrübəsinin Azərbaycanın inkişaf strategiyası ilə uzlaşdırılması hər iki ölkə üçün qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri də Almaniya şirkətləri üçün yeni investisiya imkanları yaradır.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri isə Azərbaycanın bölgədə sülhün əsas təşəbbüskarı kimi çıxış etməsi ilə bağlı oldu. Dövlət başçısı bildirib:
“Almaniyanın Cənubi Qafqazdakı sülh prosesinə verdiyi töhfəyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması, Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi. Bu gün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir. Xüsusilə nəzərə alsaq ki, bu gün neft məhsullarının ixracı və idxalı ilə bağlı bir çox problemlər müəyyən səbəblərə görə mövcuddur və eyni zamanda, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin göndərilməsi də artıq geniş vüsət alıb. Bu günə qədər 40 min tondan çox tranzit yüklər Azərbaycan ərazisindən keçib.”
Bu açıqlama Azərbaycanın qalib dövlət olaraq sülhə və regional əməkdaşlığa necə məsuliyyətlə yanaşdığını nümayiş etdirir. Müharibədə qələbə qazanan Azərbaycan revanşizm yolunu deyil, uzunmüddətli sabitlik və qarşılıqlı əməkdaşlıq yolunu seçərək regionun gələcəyini müəyyənləşdirən əsas aktora çevrilib. Ermənistanın enerji təhlükəsizliyinə dəstək göstərilməsi, tranzit imkanlarının təqdim olunması və kommunikasiyaların açılması Azərbaycanın qalib mövqeyini humanist və praqmatik siyasətlə birləşdirdiyini göstərir. Bu, beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilən məsuliyyətli dövlət davranışının bariz nümunəsidir.
Eyni zamanda, Almaniyanın Cənubi Qafqazda sülh prosesinə verdiyi dəstəyin yüksək qiymətləndirilməsi Bakı ilə Berlin arasında siyasi dialoqun qarşılıqlı etimada əsaslandığını göstərir. Bu əməkdaşlıq təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, bütövlükdə Avropa ilə Cənubi Qafqaz arasında sabitliyin və iqtisadi inteqrasiyanın möhkəmlənməsinə xidmət edir.
Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində sözünə etibar edilən, götürdüyü öhdəliklərə sadiq qalan, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitlik məsələlərində etibarlı tərəfdaş kimi tanınır. Almaniya kimi Avropanın iqtisadi lokomotivi ilə münasibətlərin yeni mərhələyə yüksəlməsi də məhz bu etimadın nəticəsidir.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq regional proseslərin passiv iştirakçısı deyil, onların əsas müəlliflərindən biridir. Qələbə ilə formalaşdırdığı yeni reallıqları sülh, əməkdaşlıq və iqtisadi inkişaf platformasına çevirən Azərbaycan beynəlxalq arenada nüfuzunu ardıcıl şəkildə gücləndirir və etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər