Berlin görüşünün siyasi nəticələri
Tarix: 23-07-2026 | Saat: 12:02
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycan–Almaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Səfərin əsas nəticəsi yalnız iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi ilə məhdudlaşmır. Formalaşan yeni siyasi gündəlik göstərir ki, Bakı ilə Berlin arasında münasibətlər artıq regional və qlobal proseslərə təsir göstərə biləcək strateji məzmun qazanır. Məhz buna görə də imzalanan Birgə Bəyannamə və digər sənədlər təkcə bugünkü əməkdaşlığın deyil, gələcək onilliklər üçün qarşılıqlı tərəfdaşlığın siyasi yol xəritəsi kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan uzun müddətdir ki, Almaniya ilə strateji dialoqun başlanmasını arzulayırdı və bu məqsədə nail olunması iki ölkə arasında qarşılıqlı etimadın yüksək səviyyəyə çatdığını təsdiqləyir. Almaniyanın Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi Cənubi Qafqazda artan rolu Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətlə uzlaşır. Bu baxımdan Bakı ilə Berlin arasında əlaqələrin möhkəmlənməsi yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionda sabitlik, əməkdaşlıq və uzunmüddətli sülhün möhkəmlənməsinə də mühüm töhfə verir.
İmzalanmış sənədlərin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Hazırda 200-dən çox Almaniya şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərməsi ölkəmizdə formalaşdırılmış əlverişli investisiya mühitinin göstəricisidir. Dövlət başçısının da qeyd etdiyi kimi, yeni razılaşmalar bu rəqəmin daha da artmasına şərait yaradacaq. Qarşılıqlı sərmayələrin təşviqi, sənaye, yüksək texnologiyalar, rəqəmsallaşma və istehsal sahələrində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin iqtisadi maraqlarına cavab verir. Xüsusilə Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması sahibkarlar arasında birbaşa əlaqələrin inkişafına və yeni investisiya layihələrinin reallaşmasına güclü stimul olacaq.
Enerji sahəsi isə tərəfdaşlığın ən mühüm sütunlarından biri olaraq qalır. Azərbaycanın bu ildən etibarən Almaniyaya təbii qaz ixracına başlaması ölkəmizin Avropanın enerji təhlükəsizliyində artan rolunu bir daha nümayiş etdirir. Hazırda Azərbaycan qazının Avropa İttifaqının on üzv dövlətinə çatdırılması ölkəmizin etibarlı enerji tərəfdaşı statusunu daha da möhkəmləndirib. Bununla yanaşı, Azərbaycan Almaniyaya neft ixracını davam etdirir və yaxın perspektivdə yaşıl enerjinin də Avropa bazarına çıxarılması istiqamətində ardıcıl addımlar atır. Beləliklə, enerji əməkdaşlığı artıq ənənəvi karbohidrogen resursları ilə məhdudlaşmır, bərpa olunan enerji və yaşıl keçid sahələrini də əhatə edən strateji xarakter alır.
Səfər zamanı nəqliyyat və logistika istiqamətində əldə olunan razılaşmalar da xüsusi diqqət çəkir. Son illərdə Azərbaycan Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində böyük infrastruktur layihələri həyata keçirib. Orta Asiya ilə Avropa arasında körpü rolunu daha da gücləndirən ölkəmiz tranzit imkanlarını daim genişləndirir. Almaniyanın bu sahədə zəngin texnoloji təcrübəsi və şirkətlərinin uğurları Azərbaycanın həyata keçirdiyi layihələrlə birləşdikdə, hər iki ölkə üçün yeni iqtisadi imkanlar yaranır. Elə buna görə də imzalanmış Bəyannamənin operativ icrası məqsədilə işçi qruplarının yaradılması qəbul olunmuş qərarların praktik nəticələr verməsinə xidmət edəcək.
Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan məsələlərdən biri də Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlardır. Vaşinqtonda Prezident Donald Trampın iştirakı və imzası ilə qəbul edilən Birgə Bəyannamənin otuz il davam edən münaqişəyə siyasi nöqtə qoyması regionda tamamilə yeni əməkdaşlıq mühitinin yaranmasına imkan verib. Azərbaycanın sülh gündəliyinə sadiqliyi, razılaşmalardan dərhal sonra praktik addımlar atması, Ermənistanın enerji təhlükəsizliyinə verdiyi töhfə və Azərbaycan ərazisindən tranzit daşımaların artıq geniş miqyas alması yeni mərhələnin real nəticələrini nümayiş etdirir. Bu faktlar Azərbaycanın qalib dövlət olmaqla yanaşı, regionda etibarlı tərəfdaş və məsuliyyətli siyasi aktor kimi çıxış etdiyini göstərir.
Dövlət başçısının Almaniya hökumətinin sülh prosesində oynadığı rolu yüksək qiymətləndirməsi də diqqətəlayiq siyasi mesaj idi. Müxtəlif dövrlərdə Almaniyada keçirilən danışıqlar, xüsusilə xarici işlər nazirləri səviyyəsində aparılan görüşlər qarşılıqlı etimadın formalaşmasına öz töhfəsini verib. Azərbaycanın öz gücü hesabına ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, daha sonra isə sülh təşəbbüsü ilə çıxış edərək müsbət nəticə əldə etməsi beynəlxalq hüquqa əsaslanan ardıcıl dövlət siyasətinin uğurudur. Almaniyanın bu prosesə verdiyi dəstək isə iki ölkə arasında siyasi dialoqun daha da dərinləşdiyini göstərir.
Prezident İlham Əliyevin Avropa İttifaqı ilə münasibətlərə dair səsləndirdiyi fikirlər də Almaniyaya səfərin strateji əhəmiyyətini tamamlayır. Bu il Avropa İttifaqı rəhbərliyinin Azərbaycana yüksək səviyyəli səfərləri Brüsselin ölkəmizlə əməkdaşlığa verdiyi önəmi bir daha təsdiqləyib. Almaniyanın Avropa İttifaqının aparıcı dövləti kimi bu prosesdə oynadığı rol gələcəkdə Bakı ilə Brüssel arasında münasibətlərin daha da inkişaf etməsinə mühüm töhfə verə bilər.
Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri yalnız diplomatik protokol hadisəsi deyil, Azərbaycanın Avropadakı strateji tərəfdaşlıq şəbəkəsinin genişlənməsinə xidmət edən mühüm siyasi hadisədir. İmzalanmış sənədlər, müəyyənləşdirilmiş fəaliyyət istiqamətləri və verilən siyasi mesajlar Azərbaycan–Almaniya münasibətlərinin daha möhkəm əsaslar üzərində inkişaf edəcəyini göstərir. Bu tərəfdaşlıq iqtisadiyyat, enerji və nəqliyyatla yanaşı, regional təhlükəsizlik, sülh və Avropa ilə əlaqələrin möhkəmləndirilməsi baxımından da Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirəcək.
Emil Tağıyev,
YAP Xaçmaz rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-07-2026