Mobil versiya
“Veysəloğlu–Rossmann” şirkətinin rəhbəri gömrük–biznes əməkdaşlığına həsr olunmuş panel müzakirəsində çıxış edib -Foto
Tarix: 24-07-2026 | Saat: 10:41
Bölmə:İqtisadiyyat | çapa göndər

“Veysəloğlu–Rossmann” şirkətinin rəhbəri gömrük–biznes əməkdaşlığına həsr olunmuş panel müzakirəsində çıxış edib

Veysəloğlu Şirkətlər Qrupu
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu–Rossmann”ın İdarə Heyətinin sədri Məmmədqulu Süleymanlı Azərbaycanda gömrük sisteminin modernləşdirilməsinə həsr olunmuş “AHK Impuls” tədbirində iştirak edib.

“Azərbaycanda gömrük sisteminin modernləşdirilməsi: cari prioritetlər, biznesin hazırlığı və beynəlxalq təcrübə” mövzusunda keçirilən tədbir AHK Azerbaijan tərəfindən PwC Azerbaijan-ın birgə təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlığı ilə baş tutub.

Tədbirin yekununda keçirilən panel müzakirəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, “Veysəloğlu–Rossmann”ın İdarə Heyətinin sədri Məmmədqulu Süleymanlı və “STP Polymer” şirkətinin direktoru Nazim Məmmədov çıxış ediblər.

Müzakirələr zamanı gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, rəqəmsal həllərin və süni intellektin tətbiq imkanlarının genişləndirilməsi, biznes üçün daha səmərəli şəraitin yaradılması, eləcə də dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi məsələlərinə toxunulub.

Məmmədqulu Süleymanlı çıxışında gömrük prosedurlarının təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinin praktiki ehtiyaclarının nəzərə alınması və gömrük–biznes əməkdaşlığının inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb. O, Dövlət Gömrük Komitəsi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etməsindən məmnunluq duyduğunu bildirib və dövlət–biznes münasibətlərinin uğurlu inkişafını təqdirəlayiq hal kimi qiymətləndirib.

Panel müzakirəsinə PwC Azerbaijan-ın Vergi, Hüquq və İnsan Resursları Təcrübəsinin direktoru və rəhbəri, AHK Azerbaijan İdarə Heyətinin sədr müavini Günel Sadiyeva moderatorluq edib.

Tədbir çərçivəsində, həmçinin gömrük sahəsində yeniliklərin biznes üçün praktiki əhəmiyyəti, gömrük qanunvericiliyinə uyğunluğun ticarətin asanlaşdırılmasındakı rolu və beynəlxalq təcrübənin tətbiqi ilə bağlı təqdimatlar keçirilib.

“Veysəloğlu–Rossmann” rəhbərinin bu müzakirələrdə iştirakı Veysəloğlu Şirkətlər Qrupunun dövlət–biznes dialoqunun inkişafına, müasir gömrük mexanizmlərinin tətbiqinə və ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsinə verdiyi önəmin göstəricisidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-07-2026