Səttar Möhbalıyev: "Azərbaycan dili milli ruhumuzun və dövlətçiliyimizin əbədi möhürüdür"
Tarix: 24-07-2026 | Saat: 11:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Hər bir xalqı tarix səhnəsində yaşadan, onu başqalarından fərqləndirən, milli kimliyini qoruyan müqəddəs dəyərlər var. Bu dəyərlərin ən ucası isə ana dilidir. Dil təkcə insanların bir-biri ilə ünsiyyət qurduğu vasitə deyil. Dil xalqın yaddaşıdır, onun minilliklərdən süzülüb gələn hikmətidir, milli düşüncəsinin daşıyıcısıdır, dövlətçiliyinin mənəvi dayağıdır.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Azərbaycan xalqı əsrlər boyu müxtəlif imperiyaların təzyiqlərinə, assimilyasiya siyasətinə, yad təsirlərə məruz qalsa da, ana dilini qorumağı bacarmışdır. Çünki xalqımız çox yaxşı anlayırdı ki, dil itərsə, tarix də itər, milli yaddaş da zəifləyər, dövlətçilik düşüncəsi də sarsılar. Məhz buna görə də Azərbaycan dövlətçiliyinin memarı, Ümummilli Lider Heydər Əliyev ana dilinə münasibəti dövlət siyasətinin ayrılmaz hissəsinə çevirmişdi. Onun dillər əzbərinə çevrilmiş fikri bu gün də öz aktuallığını qoruyur: "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir." Bu fikir əslində bütöv bir dövlətçilik fəlsəfəsidir. Çünki dil yalnız sözlər toplusu deyil, xalqın ruhudur. Hər bir xalq öz dili ilə düşünür, öz dili ilə tarixini yazır, öz dili ilə gələcəyini qurur. Azərbaycan dili əsrlərin sınağından çıxmış, zəngin lüğət tərkibinə, yüksək poetik imkanlara malik olan nadir dillərdəndir. Onun ahəngi, səlisliyi, ifadə imkanlarının genişliyi dünyanın müxtəlif xalqları tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. Ulu Öndər bununla bağlı deyirdi:"Bizim Azərbaycan dili şeir dilidir." Bu bir cümlədə Azərbaycan dilinin bütün gözəlliyi ifadə olunur. Həqiqətən də Azərbaycan dili sazın səsində, muğamın ahəngində, Nizaminin hikmətində, Füzulinin eşqində, Vaqifin sözündə, Səməd Vurğunun poeziyasında, Bəxtiyar Vahabzadənin vətən sevgisində yaşayır. Dilimizin şirinliyi onun təbiiliyindədir. Sadəliyi isə onun böyüklüyüdür. Bu dil həm elmi fikri, həm diplomatik nitqi, həm hüquqi sənədi, həm də ana laylasını eyni kamilliklə ifadə edə bilir. Ulu Öndər Heydər Əliyev bu qüdrəti belə dəyərləndirirdi: "Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir." Bu fikir Azərbaycan dilinin zəngin imkanlarının ən dolğun qiymətləndirilməsidir.
Millət vəkili onu da bildirib ki, ana dilini qorumaq heç də asan olmayıb. XX əsrin ikinci yarısında sovet imperiyasının milli dillərə qarşı həyata keçirdiyi məhdudiyyətlər fonunda Azərbaycan dilinin dövlət dili kimi qorunması böyük siyasi cəsarət tələb edirdi. Məhz həmin çətin illərdə Ulu Öndər Heydər Əliyev milli maraqları qətiyyətlə müdafiə etdi və 1978-ci il Konstitusiyasına "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" müddəasının daxil edilməsinə nail oldu. Bu, gələcək müstəqilliyimizin ideoloji təməllərindən biri idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə ana dili dövlət quruculuğunun əsas sütunlarından birinə çevrildi. 1995-ci il Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması, 2001-ci ildə Dövlət Dil Komissiyasının yaradılması, avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilməsi bu siyasətin tarixi mərhələləridir. Bu siyasi kurs bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı ana dilimizin saflığını milli təhlükəsizlik və milli kimlik məsələsi kimi qiymətləndirərək bildirir: "Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır." Bu çağırış hər bir ziyalıya, müəllimə, alimə, jurnalistə, yazıçıya və bütövlükdə cəmiyyətə ünvanlanmış məsuliyyət mesajıdır. Çünki dil yalnız qanunlarla deyil, onu sevən insanların gündəlik davranışı ilə yaşayır. Cənab Prezident İlham Əliyev başqa bir çıxışında isə xüsusi vurğulayır: "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur." Bu fikir qloballaşmanın sürətləndiyi müasir dövrdə xüsusi əhəmiyyət daşıyır. Xarici dilləri bilmək inkişafın göstəricisidir. Ancaq ana dilini qorumaq milli məsuliyyətdir. Dünyaya açılan qapılar heç vaxt milli kimliyimizin qapısını bağlamamalıdır.
Son illərdə qəbul olunan dövlət proqramları, elektron məkanda Azərbaycan dilinin geniş tətbiqi, orfoqrafiya normalarının yenilənməsi, dövlət dilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi də bu siyasətin ardıcıl davamıdır. Azərbaycan dili bu gün yalnız Azərbaycanın deyil, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızın mənəvi bağını qoruyan milli sərvətdir. O, dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıları vahid milli kimlik ətrafında birləşdirən ən möhkəm körpüdür. Demək yerinə düşər ki, avqustun biri-Azərbaycan əlifbası və Azərbaycan dili günü sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün milli qürurumuzun, dövlətçilik düşüncəmizin, mədəni yaddaşımızın və gələcəyə inamımızın rəmzidir. Ana dilimizi qorumaq yalnız filoloqların və ya dilçilərin işi deyil. Bu, dövlətə sədaqətin, milli mənsubiyyətə hörmətin və gələcək nəsillər qarşısında mənəvi borcumuzun ifadəsidir. Çünki ana dili müqəddəsdir. Ana dili Vətəndir. Ana dili millətdir. Ana dili Azərbaycanın əbədi varlığıdır-deyə Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-07-2026