Mobil versiya
Azərbaycan-Almaniya əlaqələri bölgəmizdə əməkdaşlığa, sülhə öz töhfəsini verəcək
Tarix: 24-07-2026 | Saat: 12:07
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan-Almaniya əlaqələri bölgəmizdə əməkdaşlığa, sülhə öz töhfəsini verəcək

Dövlətimizin başçısı İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirdi. Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, aparılan geniş müzakirələr və imzalanan sənədlər iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, investisiya və regional əməkdaşlıq sahələrində yeni perspektivlər açır.    
Almaniyanın Azərbaycanın Avropa ilə əməkdaşlığının genişləndirilməsinə verdiyi dəstək, eyni zamanda, ölkəmizin bu region üçün etibarlı tərəfdaşı kimi artan nüfuzunun göstəricisidir. Son illər Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında, həmçinin regional sabitliyin və əməkdaşlığın təşviqində oynadığı rol Avropa dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Bu baxımdan, Almaniya ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması Azərbaycanın Avropa siyasi və iqtisadi məkanında mövqelərinin daha da möhkəmlənməsinə, Avropa İttifaqı ilə qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmun qazanmasına xidmət edən mühüm addım kimi dəyərləndirilə bilər. Enerji sahəsi strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Yaşıl enerji, aşağı karbonlu hidrogen, enerji səmərəliliyi, bərpaolunan enerji mənbələri və iqlim gündəliyi əməkdaşlığın yeni prioritetləri kimi müəyyən edilir. Bu yanaşma Azərbaycanın Almaniyanın enerji keçidi strategiyasında mühüm tərəfdaş kimi rolunu gücləndirir və ölkəmizin yaşıl iqtisadiyyata keçid istiqamətində reallaşdırdığı siyasətin beynəlxalq dəstək qazandığını nümayiş etdirir. İqtisadi əməkdaşlıq  yeni məzmun qazanır. Almaniyanın yüksək texnologiyalar və innovasiya sahəsində təcrübəsi Azərbaycanın iqtisadi modernləşmə siyasəti ilə uzlaşır və yeni imkanlar yaradır. Bütün bunlar sözügedən səfər çərçivəsində Prezident İlham Əliyevin və Federal Kansler Fridrix Mertsin imzaladığı “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”də öz əksini tapıb. Sənəd iki ölkənin  əlaqələrinin gələcək inkişafı üçün yol xəritəsidir. Belə ki,  Birgə Bəyannamədə  ilk dəfə olaraq təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq ayrıca strateji istiqamət kimi öz əksini tapır. Müdafiə sənayesi, hərbi təhsil müəssisələri arasında əməkdaşlıq, ekspert və tələbə mübadiləsi, mina təmizlənməsi, kibertəhlükəsizlik və transmilli təhdidlərə qarşı birgə fəaliyyət münasibətlərin daha geniş təhlükəsizlik müstəvisinə keçdiyini göstərir. Almaniyanın Azərbaycan-Ermənistan normallaşma prosesinə və regionda davamlı sülhün təmin olunmasına dəstəyi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Cənab İlham Əliyev Federal Kansler Fridrix Merts ilə mətbuata bəyanatında  bütün bu məsələlərə xüsusi diqqət yönəldərək bildirdi ki, yenidən ölkənizdə olmağımdan çox məmnunam. Əminəm ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsi üçün bu gün imzalanmış Birgə Bəyannamə əminəm ki, çox fəal işləyib yaxşı nəticələr hasil edəcəkdir. İkitərəfli gündəliyimiz kifayət qədər genişdir. Biz bu barədə Sizinlə həm təkbətək görüşdə, həm də geniş tərkibdə görüş əsnasında fikir mübadiləsi aparmışıq. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir.

Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-07-2026