Moskvada TƏCİLİ toplantı: Aleksandr Novak ŞOK QƏRARI AÇIQLADI
Tarix: 25-07-2026 | Saat: 19:14
Bölmə:Dünya | çapa göndər

Rusiya Hökuməti avtomobil benzininin ixracına tətbiq edilən moratorinin müddətini cari ilin sonunadək uzatmaq barədə qərar qəbul edib.
aia.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak məlumat verib.
O, məhdudiyyətlərin həm yanacaq istehsalçılarına, həm də qeyri-istehsalçılara şamil olunacağını deyib.
"Benzin ixracına qoyulan qadağaya gəlincə, qərargahda onun müddətini həm istehsalçılar, həm də qeyri-istehsalçılar üçün uzatmaq qərarına gəldik. Yəni qadağa ilin sonunadək qüvvədə olacaq", - deyə Novak bildirib.
Bununla yanaşı, Baş nazirin müavini 8 iyuldan müəyyən edilən dizel yanacağının çıxarılmasına dair məhdudiyyətlərin yaxın vaxtlarda ləğv oluna biləcəyini istisna etməyib.
Onun sözlərinə görə, dizel ixracına qoyulan embargo "bazar bərpa olunduqca" aradan qaldırılacaq. Bu addım neftayırma zavodlarının güclərində həddindən artıq mal toplanmasının qarşısını almaq və xammalın mövcud emal həcmlərini qoruyub saxlamaq məqsədi daşıyır.
Əlavə olaraq, Rusiya hökumətində birja meydançaları vasitəsilə yanacağın məcburi satış normativlərinin müvəqqəti olaraq 2% səviyyəsinə qədər azaldılması imkanları nəzərdən keçirilir.
Novak vurğulayıb ki, bu təşəbbüs operativ qərargah çərçivəsində müzakirə olunur və yaxın vaxtlarda normativ aktlarla təsbit ediləcək. Normativin azaldılması mövcud qıtlıq dövründə birbaşa müqavilələr üzrə tədarük edilən həcmlərin ümumi birja öhdəlikləri göstəricilərinə daxil edilməsi üçün zəruridir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-07-2026