Mobil versiya
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Tarix: 25-07-2026 | Saat: 10:01
Bölmə:Ölkə | çapa göndər

Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video


Gədəbəydə avtoxuliqanlıq edən sürücülər saxlanılıblar.

“aia.az” DİN-in Mətbuat xidmətinin Gəncə Regional qrupuna istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı Gədəbəy rayonu ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadaların və digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atan, eyni zamanda ictimai narazılığa səbəb olan sürücülər müəyyən ediliblər.

Həmin nəqliyyat vasitələri mühafizə olunan duracağa yerləşdirilib. Sürücülərlə profilaktik söhbətlər aparılıb, onlara yol hərəkəti qaydalarına ciddi əməl etmələrinin vacibliyi izah olunub və barələrində qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülüb.

Qeyd edək ki, hadisə toy karvanında qeydə alınıb.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-07-2026