Eltun Süleymanov: "Türk dünyasının yeni geosiyasi xətti"
Tarix: 31-07-2026 | Saat: 18:54
Bölmə:Manşet / Siyasət | çapa göndər

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü artıq yalnız iqtisadi göstəricilər və ya hərbi potensialla ölçülmür. Dövlətin nüfuzu onun yaratdığı etibarlı tərəfdaşlıq şəbəkəsi, təşəbbüsləri ətrafında formalaşan siyasi həmrəylik və regional proseslərə təsir imkanları ilə müəyyən edilir. Məhz bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri və Çolpon-Atada keçirilən Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının III iclası təkcə iki qardaş ölkə arasında münasibətlərin inkişafının deyil, bütövlükdə Türk dünyasının yeni geosiyasi mərhələsinin başlanğıcını ifadə edən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, bu gün dünya yeni geosiyasi düzənin formalaşdığı mürəkkəb bir dövr yaşayır. Qlobal iqtisadi marşrutlar yenidən qurulur, enerji təhlükəsizliyi yeni məzmun qazanır, nəqliyyat dəhlizləri uğrunda rəqabət güclənir. Belə bir şəraitdə ortaq tarixə, dilə, mədəniyyətə və strateji maraqlara söykənən Türk dövlətlərinin daha sıx inteqrasiyası artıq seçim deyil, tarixi zərurətə çevrilib. Azərbaycan isə bu inteqrasiyanın əsas təşəbbüskarlarından və aparıcı siyasi mərkəzlərindən biri kimi çıxış edir. Çolpon-Atada keçirilən görüşlər göstərdi ki, Azərbaycan ilə Qırğızıstan münasibətləri artıq klassik diplomatik əməkdaşlıq çərçivəsini geridə qoyub. Dövlətlərarası Şuranın III iclası, qarşılıqlı ali dövlət təltifləri və dövlət başçılarının mətbuata bəyanatları vahid strateji məqsədə – müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, müttəfiqlik münasibətləri qarşılıqlı etimadın və siyasi məsuliyyətin ən yüksək ifadəsidir. Bu yanaşma iki ölkənin beynəlxalq platformalarda, təhlükəsizlik məsələlərində və iqtisadi əməkdaşlıqda bir-birini davamlı dəstəkləmək iradəsini nümayiş etdirir.
Səfər çərçivəsində cənab Prezident İlham Əliyevin "Manas" ordeni, Prezident Sadır Japarovun isə Azərbaycanın ali dövlət mükafatı – "Heydər Əliyev" ordeni ilə təltif olunması diplomatik etiketdən daha böyük siyasi məna daşıyırdı. Qarşılıqlı ali dövlət təltifləri iki lider arasında formalaşmış yüksək etimadın, iki dövlət arasında isə strateji tərəfdaşlığın möhkəm təməllər üzərində qurulduğunun beynəlxalq ictimaiyyətə verilən açıq mesajı idi. Bu baxımdan Çolpon-Ata görüşü yalnız Bakı ilə Bişkek arasında münasibətlərin inkişafı deyil, Türk dünyasında siyasi koordinasiyanın yeni modelinin nümayişi kimi tarixə düşdü.
Türk Dövlətləri Təşkilatı son illərdə mədəni-humanitar əməkdaşlıq platformasından strateji siyasi və iqtisadi əməkdaşlıq məkanına çevrilməkdədir. Bu transformasiyanın əsas hərəkətverici qüvvələrindən biri də Azərbaycandır. Çolpon-Atada qəbul olunan qərarlar bu inkişafın təsadüfi deyil, sistemli və uzunmüddətli strategiyaya əsaslandığını göstərdi. Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması iqtisadi inteqrasiyanın yeni mərhələsinin başlanğıcıdır. Bu qərar təkcə investisiya həcminin artması demək deyil. O, birgə istehsalın genişlənməsi, yeni iş yerlərinin yaradılması, biznes əlaqələrinin möhkəmlənməsi və Türk dünyasında vahid iqtisadi məkanın formalaşması istiqamətində mühüm addımdır. İssık-Kul sahilində Azərbaycan dövlətinin maliyyəsi hesabına inşa edilən "Bakı" hoteli də bu əməkdaşlığın simvoluna çevrilir. Bu layihə göstərir ki, Azərbaycan dost ölkələrlə münasibətlərini yalnız siyasi dialoq səviyyəsində saxlamır, onu konkret iqtisadi layihələrlə dəstəkləyir. Humanitar sahədə əməkdaşlığın genişlənməsi də diqqətəlayiqdir. Qarabağda "Manas" məktəbinin fəaliyyət göstərməsi, Qırğızıstanda Azərbaycan, Azərbaycanda isə Qırğızıstan Mədəniyyət Günlərinin keçirilməsi, Çingiz Aytmatov irsinə birlikdə göstərilən ehtiram ortaq tarixi yaddaşın gələcək siyasi əməkdaşlığın mənəvi dayağına çevrildiyini nümayiş etdirir. Beləliklə, Türk Dövlətləri Təşkilatı artıq təkcə ortaq kimlik platforması deyil, iqtisadi, nəqliyyat, investisiya, təhlükəsizlik və humanitar əməkdaşlığın vahid strateji məkanına doğru inamla irəliləyir.
Bu strateji baxışın ən dolğun ifadəsi cənab Prezident İlham Əliyevin Çolpon-Atada mətbuata bəyanatı zamanı səsləndirdiyi fikirlərdə öz əksini tapdı. Dövlət başçısının bəyanatı təkcə Azərbaycan–Qırğızıstan münasibətlərinin bugünkü vəziyyətinin qiymətləndirilməsi deyil, eyni zamanda Türk dünyasının gələcək siyasi, iqtisadi və geostrateji inkişaf konsepsiyasını müəyyənləşdirən mühüm proqram xarakterli çıxış idi. Bəyanatda münasibətlərin ən yüksək – müttəfiqlik səviyyəsinə qaldırıldığının xüsusi vurğulanması göstərdi ki, Bakı ilə Bişkek arasında əməkdaşlıq artıq ənənəvi diplomatik münasibətlər çərçivəsini aşaraq qarşılıqlı siyasi etimad, ortaq məsuliyyət və uzunmüddətli strateji tərəfdaşlıq müstəvisinə yüksəlib. Cənab Prezident İlham Əliyevin beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi, təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarının artırılması, Qarabağın bərpasında qardaş dəstəyinə verilən yüksək qiymət və humanitar əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlər göstərdi ki, bu münasibətlər artıq yalnız ikitərəfli əməkdaşlıq modeli deyil, bütövlükdə Türk Dövlətləri Təşkilatı daxilində yeni inteqrasiya mərhələsinin siyasi konturlarını müəyyənləşdirən strateji əməkdaşlıq nümunəsinə çevrilir. Xüsusilə Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının yeni əməkdaşlıq formatında iştirakına verilən yüksək dəyər onu göstərir ki, ölkəmiz artıq bu regionun siyasi gündəliyinin formalaşmasında etibarlı tərəfdaş və fəal təşəbbüskar kimi qəbul edilir. Məhz buna görə də Çolpon-Atada səslənən bəyanat yalnız dövlət səfərinin yekun nitqi deyil, Türk dünyasının gələcək inkişaf fəlsəfəsini, ortaq geosiyasi baxışını və XXI əsrdə yeni inteqrasiya modelini özündə ehtiva edən mühüm siyasi manifest kimi tarixə düşür.
Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu siyasətin mühüm istiqamətlərindən biri də Mərkəzi Asiya ilə əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsidir. Qırğızıstanla münasibətlərin bugünkü səviyyəsi Azərbaycanın Mərkəzi Asiya siyasətinin uğurunun aydın göstəricisidir. Qarabağın bərpasında qardaş dəstəyi, qarşılıqlı investisiyalar, humanitar layihələr, beynəlxalq platformalarda ortaq mövqe və siyasi etimad göstərir ki, Bakı ilə Bişkek arasında qurulan əməkdaşlıq modeli gələcəkdə digər türk dövlətləri üçün də nümunə ola bilər. Çolpon-Atadan dünyaya verilən əsas mesaj budur: Türk dövlətləri ortaq tarixə söykənərək gələcəyi birlikdə qurmaq əzmindədirlər. Bu birlik isə yalnız emosional qardaşlıq hissi ilə deyil, qarşılıqlı iqtisadi maraqlar, siyasi etimad, təhlükəsizlik əməkdaşlığı və uzunmüddətli strateji hədəflərlə möhkəmlənir. Bu gün Çolpon-Atada yazılan tarix sabah Türk dünyasının daha möhkəm siyasi həmrəyliyinin, daha güclü iqtisadi inteqrasiyasının və daha geniş geosiyasi təsir imkanlarının əsasını təşkil edəcək. Məhz buna görə də bu səfər yalnız iki dövlət arasında diplomatik hadisə deyil, XXI əsrdə Türk dünyasının yeni geosiyasi xəttini müəyyənləşdirən strateji dönüş nöqtələrindən biri kimi dəyərləndirilməlidir-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-07-2026