Azərbaycanda bəzi istifadəçilərinin həbsindən sonra “TikTok” bağlana bilərmi?
Tarix: 04-08-2026 | Saat: 21:30
Bölmə:Ölkə | çapa göndər

Son zamanlar Azərbaycanda “TikTok” istifadəçilərindən bəzilərinin inzibati qaydada həbs olunması halları artıb. Sosial şəbəkələrdə isə platformanın tamamilə bağlanılmasının gərəkliliyinə dair çağırışlar edilir.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, son dövrlər sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında yayımlanan bəzi məzmunlar cəmiyyətdə haqlı narahatlıq doğurur.
E.Akimovanın sözlərinə görə, ayrı-ayrı tiktokerlərin qeyri-etik davranışlarına, qanunazidd əməllərinə görə hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunması da göstərir ki, dövlət qanunun aliliyini təmin etməkdə qətiyyətlidir: “Ancaq məsələni yalnız ayrı-ayrı şəxslərin saxlanılması ilə həll olunmuş hesab etmək olmaz. Çünki problem təkcə konkret şəxslərdə deyil, sosial şəbəkələrin alqoritmlərinin sensasiya, qalmaqal və etik çərçivələri aşan məzmunu daha sürətlə yaymasındadır. Belə məzmun isə xüsusilə yeniyetmələr və azyaşlılar üçün ciddi mənəvi risk yaradır, valideynlərin narahatlığını artırır.
Dünyada bu istiqamətdə müxtəlif yanaşmalar mövcuddur. Bəzi ölkələr TikTok-un dövlət qurumlarında istifadəsinə qadağa qoyub, bəzi ölkələr isə milli təhlükəsizlik, şəxsi məlumatların qorunması və uşaqların təhlükəsizliyi ilə bağlı daha sərt tənzimləmə mexanizmləri tətbiq edir. Lakin platformanın ölkə üzrə tam qadağan edilməsi olduqca ciddi hüquqi, texniki və iqtisadi nəticələr doğuran qərardır və adətən yalnız xüsusi əsaslar olduqda nəzərdən keçirilir. Hazırkı mərhələdə Azərbaycanda TikTok-un tam qadağan ediləcəyi barədə rəsmi qərar və ya açıqlama yoxdur. Daha real görünən yanaşma platformaların fəaliyyətinə dair nəzarətin gücləndirilməsi, uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanunvericiliyin tətbiqinin sərtləşdirilməsi, platformalarla əməkdaşlığın genişləndirilməsi və qanun pozuntularına qarşı daha operativ tədbirlərin görülməsidir”.
Deputat qeyd edib ki, problem platformanın özündən daha çox ondan necə istifadə olunmasındadır: “TikTok bu gün minlərlə insan üçün təhsil, maarifləndirmə, mədəniyyət, elm, sahibkarlıq və yaradıcılıq imkanları yaradan qlobal platformadır. Təəssüf ki, bəzi şəxslər izləyici toplamaq naminə məsuliyyətsiz davranışlar nümayiş etdirərək bu imkandan sui-istifadə edir və nəticədə bütün platforma haqqında mənfi rəy formalaşdırırlar. Bu isə vicdanla çalışan kontent müəlliflərinə də zərbə vurur. Ona görə də çıxış yolu yalnız qadağalarda deyil. Daha vacibi rəqəmsal savadlılığın artırılması, valideyn nəzarətinin gücləndirilməsi, platformaların yaş məhdudiyyətlərinə və təhlükəsizlik qaydalarına ciddi əməl etməsi, həmçinin qanunvericiliyin ardıcıl tətbiqidir. Cəmiyyətə açıq hörmətsizlik edən, zorakılığı, əxlaqsızlığı, alçaldıcı davranışları və ya cinayət xarakterli hərəkətləri təbliğ edən hər kəs qanun qarşısında cavab verməlidir. Çünki sosial şəbəkələr azadlıq məkanı olsa da, qanunsuzluq və mənəvi məsuliyyətsizlik üçün sığınacaq ola bilməz. Azərbaycanda da əsas məqsəd sosial şəbəkələri qadağan etmək deyil, onları cəmiyyətin, xüsusilə də uşaqların və gənclərin maraqlarına uyğun daha təhlükəsiz mühitə çevirmək olmalıdır”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-08-2026