Mobil versiya
Rusiya Ermənistan istehsalı olan minlərlə məhsulun satışını dayandırdı
Tarix: 04-08-2026 | Saat: 20:39
Bölmə:Özəl | çapa göndər

Rusiya Ermənistan istehsalı olan minlərlə məhsulun satışını dayandırdı


Rusiyada Ermənistan istehsalı olan on minlərlə içməli su və alkoqolsuz içkinin satışı müvəqqəti dayandırılıb.
"Rospotrebnadzor"un göstərişi əsasında Rusiyanın "Çestnıy znak" dövlət markalama sistemi Ermənistanda istehsal olunmuş 70 mindən artıq şüşə məhsulun satışını bloklayıb.
Qabaqcıl Texnologiyaların İnkişafı Mərkəzinin (QTİM) məlumatına görə, qərar məhsullarda məcburi tələblərin pozulmasının aşkar edilməsi və istehlakçıların sağlamlığı üçün yarana biləcək risklərin qarşısını almaq məqsədilə qəbul edilib.
Məhdudiyyətlər "BJNI" müalicəvi-süfrə mineral suyunun, "Prosto Azbuka" markalı təbii içməli suyun (uşaq suları da daxil olmaqla), eləcə də "DARBAS Moxito" qazlı içkisinin müəyyən istehsal partiyalarına şamil olunub.
Rusiya tərəfi bildirib ki, qadağa yalnız konkret tarixlərdə istehsal edilmiş məhsul partiyalarını əhatə edir və həmin şirkətlərin digər məhsullarına aid deyil.
Yoxlamalar yekunlaşana qədər qeyd olunan məhsulların həm pərakəndə satış şəbəkələrində, həm də onlayn platformalarda satışı dayandırılıb.
QTİM vurğulayıb ki, ölkə üzrə kassa sistemlərinə inteqrasiya olunmuş "Çestnıy znak" platforması qayda pozuntusu aşkarlanan məhsulların satışını avtomatik şəkildə bloklamaq imkanına malikdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-08-2026