Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır - BELƏ işləyəcək
Tarix: 04-08-2026 | Saat: 15:20
Bölmə:Karusel / Ölkə | çapa göndər

Azərbaycanda sürücüsüz nəqliyyatın tətbiqinə doğru ilk hüquqi addım atılıb. Qanunvericiliyə edilən yeni dəyişikliklərlə avtonom nəqliyyat vasitələrinin sınaqdan keçirilməsi və istismarı üçün hüquqi baza formalaşdırılır. Yeni qaydalar sürücüsüz avtobuslardan metro qatarlarına, avtonom yük maşınlarından uzaqdan idarə olunan dəmir yolu sistemlərinədək müxtəlif nəqliyyat növlərinin gələcəkdə ölkədə tətbiqinə imkan yarada bilər.
Bəs bu dəyişikliklər nəyi nəzərdə tutur, avtonom nəqliyyat hansı şərtlərlə fəaliyyət göstərəcək və bu texnologiyalar Azərbaycanda nə vaxt reallığa çevrilə bilər?
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov mövzu ilə bağlı Musavat.com-a avtonom texnologiyaların üstünlüyündən danışıb:
“Bu gün nəqliyyatın idarə edilməsində intellektual sistemlər, insan faktoru ilə yanaşı, qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan intellektual idarəetmə mövcuddur. Biz intellektual idarəetməni müəyyən sahələrdə, xüsusən də pilotsuz uçuş aparatlarının (PUA) istifadəsində artıq görmüşük. Bu, daha çox hərbiləşdirilmiş sahədə tətbiq olunur. Lakin bu gün həmin texnologiyaları nəqliyyat sektoruna gətirmək və ümumi vətəndaşların istifadəsinə vermək üçün yeni bir mərhələyə qədəm qoymuşuq. Bunun üçün qanunvericilik sistemində müvafiq düzəlişlər etməyə zərurət yaranıb. Qanunvericilik bazasının olması bu kimi nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə və istismarına hüquqi zəmin yaradacaq. Bu məsələ sırf avtomobillərlə məhdudlaşmır; gəmi nəqliyyatı, metropoliten və qatarların idarə olunmasını da əhatə edir. Nəzərə alsaq ki, artıq 10 ildən çoxdur Yaponiya kimi ölkələrdə sürücüsüz qatarlardan və robotlaşdırılmış texnologiyalardan geniş istifadə olunur. Bu texnologiyaların simulyasiyaları çox müsbət nəticə verir və dəqiq hesablamalara əsaslanır”.
Ekspertin sözlərinə görə, insan faktoru elə bir həddə çatıb ki, müəyyən sahələrdə texnologiya artıq insan imkanlarını üstələyir:
“Texnoloji yeniliklər və süni intellekt məhsulları qarşısında insan müəyyən mənada geridə qalır. Çünki texnoloji inkişaf o qədər sürətlə irəliləyir ki, bunu ləngitmək və ya dayandırmaq mümkün deyil. Dünyada güclü elmi və texnoloji rəqabət var və bu rəqabətdə ayaqda qalmaq üçün proseslərin mərkəzində olmalıyıq. Azərbaycan Avropa ilə Asiya arasında, Şərqlə Qərbin kəsişməsində yer saxlayan mühüm bir hab rolunu oynayır. Bu səbəbdən ölkəmizin elmi-texniki tərəqqiyə böyük ehtiyacı var. Müvafiq addımların atılması zəruridir; hətta deyərdim ki, bu prosesi daha da sürətləndirməli, ləngimələrə yol verməməli və praqmatik həllərin tətbiqini təmin etməliyik”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-08-2026