Rusiyada yanacaq böhranı dərinləşir- Yüzlərlə yanacaqdoldurma məntəqəsi bağlanıb
Tarix: 04-08-2026 | Saat: 22:11
Bölmə:Gündəm | çapa göndər

Rusiyada yanacaq bazarında yaranmış böhran getdikcə dərinləşir. Neft emalı müəssisələrinin fəaliyyətindəki problemlər və yanacağın topdansatış qiymətlərinin artması ölkə üzrə yüzlərlə yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırmasına səbəb olub. Mütəxəssislər hesab edirlər ki, mövcud vəziyyət yaxın aylarda həm yanacaq təminatına, həm də qiymətlərə əlavə təzyiq göstərə bilər.
Rusiyanın "İzvestiya" nəşrinin OMT Consult şirkətinin məlumatlarına istinadən yaydığı xəbərə görə, cari ilin yanvar-avqust aylarında ölkədə 322 yanacaqdoldurma məntəqəsi fəaliyyətini dayandıraraq texniki baxış və təmir rejiminə keçib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 70 faiz çoxdur.

Hazırda Rusiyada fəaliyyət göstərən təxminən 28,4 min yanacaqdoldurma məntəqəsinin 1,2 faizi bağlandığı təsdiqlənib.
Məlumata görə, bağlanan məntəqələrin əksəriyyəti müstəqil yanacaq şəbəkələrinə məxsusdur. Gazoil, Rosgaz, Zvezda, Tamic Energy və MMK Petrol kimi iri müstəqil operatorlara aid 105 yanacaqdoldurma məntəqəsi fəaliyyətini dayandırıb. Orta həcmli şəbəkələrdə 69, kiçik operatorlarda isə 82 məntəqə bağlanıb.
Bununla yanaşı, Lukoil, Tatneft, Gazprom Neft, NNK, Rosneft, Surgutneftegaz və Gazprom kimi iri neft şirkətlərinə məxsus 67 yanacaqdoldurma məntəqəsi də müvəqqəti olaraq fəaliyyətini dayandırıb. OMT Consult bildirir ki, ötən ildən bəri təmirdə olan daha 214 məntəqə hələ də işini bərpa etməyib.
Hücumlar neft emalına ciddi zərbə vurub
Ekspertlərin fikrincə, böhranın əsas səbəbi Ukraynanın pilotsuz uçuş aparatlarının Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələrdir. Cari il ərzində həyata keçirilən hücumlar nəticəsində 26 neft emalı müəssisəsi sıradan çıxıb.
"Financial Times"ın peyk görüntüləri və S&P Global-ın təhlillərinə əsaslanan məlumatına görə, iyulun sonuna qədər həmin müəssisələrdən yalnız 8-i tam gücü ilə fəaliyyətini bərpa edib. 11 zavod istehsalı qismən bərpa etsə də, 7 müəssisə hələ də tam fəaliyyətsiz vəziyyətdədir.
EA Analytics-in hesablamalarına əsasən, Rusiyada gündəlik neft emalı 3,6 milyon barelə qədər geriləyib. Bu göstərici 2002-ci ilin may ayından bəri qeydə alınan ən aşağı səviyyə hesab olunur. Müqayisə üçün qeyd edək ki, 2020–2025-ci illərin yay aylarında ölkədə gündə orta hesabla 5,3–5,6 milyon barel neft emal edilirdi.
Qiymətlər artır, yanacaqdoldurma məntəqələri satışa çıxarılır
İstehsalın azalması daxili bazarda yanacaq qiymətlərinin də yüksəlməsinə səbəb olub. AI-92 markalı benzinin birja qiyməti 2026-cı ilin ilk yarısının sonunda tonuna görə 63,7 min rubla çatıb ki, bu da illik müqayisədə 18 faizlik artım deməkdir.
Rusiya Yanacaq Birliyi hökumətə ünvanladığı müraciətdə özəl yanacaqdoldurma məntəqələrinin münasib qiymətlə yanacaq əldə edə bilmədiyini bildirib. Birliyin məlumatına görə, iri neft şirkətləri ilk növbədə öz satış şəbəkələrini təmin etdikləri üçün müstəqil operatorlar yanacaq çatışmazlığı ilə üzləşirlər.
Sankt-Peterburq Neft Birliyinin sədri Marat Murtazin də vəziyyətin dəyişmədiyini, yanacaq təminatındakı problemlərin davam etdiyini və bunun yeni bağlanmalarla nəticələndiyini bildirib.
Məlumata görə, fəaliyyətini dayandıran yanacaqdoldurma məntəqələrinin sahibləri obyektlərini aktiv şəkildə satışa çıxarmağa başlayıblar. Satış qiymətləri 1 milyon rubldan 150 milyon rubla qədər dəyişir.
Analitiklər hesab edirlər ki, yaxın dövrdə Rusiyada yanacaq bazarındakı vəziyyət neft məhsullarının istehsal həcmi, bazarda təklifin səviyyəsi və qiymət dinamikasından asılı olacaq. Mövcud tendensiyanın davam etməsi halında isə yanacaq təminatında problemlərin daha da dərinləşəcəyi istisna edilmir.
Arzuman Loğmanoğlu,
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-08-2026