Taker Karlsondan Ağ Evə sərt ittiham: "İranla bağlı həqiqəti gizlədirlər"
Tarix: 06-08-2026 | Saat: 19:30
Bölmə:Özəl | çapa göndər

Amerikalı jurnalist Taker Karlson ABŞ administrasiyasını İranla bağlı ictimaiyyəti yanlış məlumatlandırmaqda ittiham edib. Onun fikrincə, Vaşinqtonun İrana qarşı siyasəti barədə rəsmi izahlar reallığı tam əks etdirmir.
YouTube kanalında yayımladığı çıxışında Karlson bildirib ki, ABŞ rəhbərliyi hərbi əməliyyatların əsas səbəbini İranın nüvə proqramı ilə əlaqələndirsə də, bunun həqiqəti əks etdirmədiyini düşünür.
Jurnalistin sözlərinə görə, əgər rəsmi qurumlar əvvəllər İranın nüvə imkanlarının sıradan çıxarıldığını bəyan ediblərsə, hazırda eyni arqumentlə yeni hərbi addımların əsaslandırılması suallar doğurur.
Karlson hökumətlə vətəndaşlar arasındakı etimad məsələsini ailə münasibətləri ilə müqayisə edərək bildirib ki, davamlı yalan etimadı sarsıdır. Onun fikrincə, şəxsi münasibətlərdə qəbul edilməyən davranışlara siyasi müstəvidə də eyni həssaslıqla yanaşılmalıdır.
O qeyd edib ki, ictimaiyyət hökumətin açıqlamalarını daha tənqidi qiymətləndirməli və rəsmi mövqelərin şəffaf olmasını tələb etməlidir. Karlson hesab edir ki, dövlət rəhbərliyinə inam yalnız açıq və dürüst informasiya siyasəti ilə qoruna bilər.
Jurnalistin bu açıqlamaları ABŞ-ın İran siyasəti və Yaxın Şərqdəki son proseslərlə bağlı müzakirələrin davam etdiyi bir vaxtda geniş diqqət çəkib.:::
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-08-2026
06-08-2026