Mobil versiya
Ceyhun Bayramovla Zelenski bir arada - Video
Tarix: 06-08-2026 | Saat: 20:40
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər

Ceyhun Bayramovla Zelenski bir arada - Video


Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb.

“aia.az” xəbər verir ki, Ukrayna lideri bu barədə öz teleqram kanalında paylaşım edib.

Zelenski Azərbaycan XİN rəhbərinin Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Kiyevə ilk dəfə səfər etdiyini vurğulayıb:

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Cənab nazir genişmiqyaslı Rusiya işğalı başlayandan bəri ilk dəfədir ki, Ukraynaya səfər edir. O, səfərinə Azərbaycanın yardım göstərdiyi İrpen şəhərindəki məktəb, xəstəxana və reabilitasiya mərkəzinə baş çəkməklə başlayıb. Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə gəlməyə və bizi dəstəkləməyə imkan tapdıqları üçün çox minnətdarıq. Xalqımızla həmrəyliyə görə təşəkkür edirəm”.

Ukrayna Prezidenti görüşdə ölkəsinə edilən zərbələr, Qara dənizdəki vəziyyət və taxıl dəhlizinin bloklanması barədə azərbaycanlı nazirə məlumat verdiyini bildirib. Müzakirələr zamanı yüksəksəviyyəli diplomatik təmaslar, müdafiə sahəsində əməkdaşlıq, eləcə də energetika, neft-qaz və kənd təsərrüfatı sektorlarında iqtisadi əlaqələr nəzərdən keçirilib.

Zelenski göstərilən humanitar və energetika yardımına, həmçinin konstruktiv dialoqa görə Azərbaycana minnətdarlığını ifadə edib.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-08-2026