Məşhur aktrisa Ərdoğana müraciət etdi: "Gecələr yata bilmirəm"
Tarix: 07-08-2026 | Saat: 00:29
Bölmə:Dünya | çapa göndər

Uşaq yaşlarından ekranlarda tanınan gənc aktrisa Kübra Süzgün aldığı təhdidlər səbəbindən aktyorluğa ara verdiyini açıqlayıb.
aia.az xəbər verir ki, bu barədə o, verdiyi müsahibədə danışıb.
Televiziya tamaşaçılarının sevimli uşaq ulduzlarından biri olan Kübra Süzgün yaşadığı çətin günlərdən söz açaraq kömək çağırışı edib. O bildirib ki, qarşılarında təhlükəli bir çətə dayanır və məhz buna görə aktyorluq fəaliyyətini davam etdirə bilmir.
Gecələr qorxu və narahatlıqdan yata bilmədiyini deyən aktrisa yardım istəyini birbaşa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlayıb.
“Xahiş edirəm, mənə kömək edin. Gecələr yata bilmirəm. Təhdidlər alıram. Bir aktrisa kimi deyil, bir qız övladı kimi sizdən yardım istəyirəm”, - deyə Kübra Süzgün bildirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-08-2026
06-08-2026