Mobil versiya
FIFA prezidentinin başı DƏRDDƏ: UEFA İnfantino ilə bağlı araşdırmaya hazırlaşır
Tarix: 09-08-2026 | Saat: 11:28
Bölmə:İdman | çapa göndər

FIFA prezidentinin başı DƏRDDƏ: UEFA İnfantino ilə bağlı araşdırmaya hazırlaşır


UEFA FIFA prezidenti Canni İnfantino barəsində araşdırmaya başlaya bilər.

aia.az bu barədə "The Telegraph" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, mümkün araşdırma İnfantinonun məşuqəsi olduğu iddia edilən qadına ehtimal olunan ödənişlə bağlı yayılan xəbərlərlə əlaqədar ola bilər.

Daha əvvəl "The Telegraph" xəbər vermişdi ki, İnfantino Avropa futbol qurumunun baş katibi vəzifəsində çalışdığı dövrdə UEFA onunla sevgi münasibətində olduğu iddia edilən qadın əməkdaşa altırəqəmli məbləğdə kompensasiya ödəyib.

Mənbənin məlumatına görə, araşdırma İnfantinonun UEFA-dakı 16 illik fəaliyyət dövrünü - 2000-ci ildən 2016-cı ilədək olan müddəti əhatə edə bilər.

İnfantino 2009-cu ildən 2016-cı ilədək UEFA-nın baş katibi vəzifəsində çalışıb. Daha sonra o, FIFA prezidenti seçilib. Bundan sonra İnfantino alternativsiz əsasda iki dəfə yenidən bu vəzifəyə seçilib.

O, 2001-ci ildən evlidir və dörd övladı var.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-08-2026