Mobil versiya
Zelenski Bayramovu qəbul etdi, İrəvanda etiraz başladı – “Rusiya cavab versin”
Tarix: 09-08-2026 | Saat: 22:12
Bölmə:Siyasət / Karusel | çapa göndər

Zelenski Bayramovu qəbul etdi, İrəvanda etiraz başladı – “Rusiya cavab versin”


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü Ermənistanda Rusiyaya qarşı yeni narazılığa səbəb olub.

aia.az xəbər verir ki, Ermənistan Respublika Partiyasının sədr müavini Eduard Şarmazanov görüşə münasibət bildirərək Moskvanı Bakı və İrəvana münasibətdə ikili standart tətbiq etməkdə ittiham edib.

“Görək, Rusiya rəsmilərindən heç olmasa biri Zelenski ilə Bayramovun isti görüşünə reaksiya verəcəkmi, yoxsa azərbaycanlıları tənqid etmək tabudur?” – Şarmazanov yazıb.

O xatırladıb ki, Azərbaycan və Rusiya 2022-ci ilin fevralında, Rusiya-Ukrayna müharibəsinin başlamasından bir neçə gün əvvəl Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalayıblar.

Şarmazanovun sözlərinə görə, ötən illər ərzində Azərbaycan Ukraynaya açıq siyasi və digər dəstək göstərib. O, Zelenskinin görüş zamanı göstərilən yardıma görə Azərbaycana təşəkkür etməsini də xüsusi vurğulayıb.

Erməni siyasətçi daha sonra Moskvaya sual ünvanlayıb:

“Görək, Azərbaycan səfiri etiraz notasının təqdim edilməsi üçün Rusiya Xarici İşlər Nazirliyinə çağırılacaqmı, yoxsa azərbaycanlılara Zelenski ilə isti münasibətlər saxlamağa icazə verilir?”

Şarmazanov bildirib ki, Ermənistan rəhbərliyinin erməni-rus müttəfiqliyinə qarşı yönəlmiş hesablanmamış və zərərli addımlarını əvvəllər də tənqid edib və tənqid etməkdə davam edir. Bununla yanaşı, onun iddiasına görə, Azərbaycan rəhbərliyi Rusiya ilə münasibətlərdə Ermənistandan “min dəfə daha pis” davranır və Kiyevlə əlaqələrini nümayişkaranə şəkildə yaxşılaşdırır.

“Rəsmi İrəvan belə addımlar atsaydı, rəsmi Moskva ən azı bunu sərt şəkildə tənqid edərdi. İndi rəsmi Bakının Rusiyaya qarşı addımları ilə bağlı Moskvadan sərt tənqid gözləyək, yoxsa burada hələ də qədim yunan qaydası işləyir: ‘Yupiterə icazə verilən, öküzə icazə verilmir’?” – deyə Şarmazanov qeyd edib.musavat.com



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-08-2026