“Pulsuz ekspress avtobus” müzakirəsi böyüyür – Ekspertdən XƏBƏRDARLIQ
Tarix: 09-08-2026 | Saat: 13:16
Bölmə:Ölkə | çapa göndər

“Ekspress avtobusların ödənişsiz olması təbii ki, sərnişin tələbatını artıra bilər. Bu, özlüyündə mənfi hal olmasa da, pik saatlarda avtobusların həddən artıq yüklənməsinə və xidmətin idarə olunmasına mənfi təsir edə bilər. Buna görə tarif mexanizminin qurulması axının qarşısını almaq üçün normal prosesdir”.
Bunu “Yeni Sabah”a nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. O bildirib ki, nazir müavininin fikrini sərnişin axınına əsasən qiymətləndirmək lazımdır:
“Burada tələbatı düzgün istiqamətləndirmək lazımdır. Ona görə də ekspress və adi avtobusların marşrutu, tutumu və intervalı düzgün planlaşdırılmalıdır. Həmin avtobusların metro və digər ictimai nəqliyyat növləri ilə vahid bir tarif sistemində işləməsi məqsədəuyğun olardı. Lakin bizdə vahid ödəmə sistemi hələlik mövcud deyil. Çünki bəzi özəl daşıyıcı şirkətlər sistemə keçiddə bir qədər ləngiyiblər, avtobus parkını yeniləməyiblər və müasir ödəniş sistemlərinin tələblərinə uyğunlaşa bilməyiblər”.
Ekspert qeyd edib ki, layihənin uğurlu olması üçün marşrutların sərnişin tələbatına uyğun optimallaşdırılması vacibdir:
“Düzdür, gündəlik olaraq bu avtobuslardan istifadə edən sərnişinlər üçün əsas düşündürücü məqam onların xərclədikləri vəsait olacaq. Yaxşı olardı ki, aylıq və güzəştli paketlər mövcud olsun. Lakin bunu etmək üçün hələlik mexanizm qurulmayıb.
Layihənin uğurlu olması üçün marşrutların sərnişin tələbatına uyğun optimallaşdırılması, pik saatlarda avtobusların sayının artırılması və metro ilə avtobus arasındakı koordinasiyanı gücləndirmək lazımdır. Burada əsas məqsəd sərnişinə daha tez, sürətli, keyfiyyətli, təhlükəsiz və rahat bir səfər imkanı yaratmaqdır”.
Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun metropolitendə xətlərin ayrılması layihəsi çərçivəsində ekspress avtobuslardan istifadə ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onun “Pulsuz olarsa, hər kəsin avtobuslara yönəlməsinə şərait yaratmış olarıq” fikri müxtəlif reaksiyalarla qarşılanıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-08-2026
21:11 Bu yol bağlanır