Moskvadan Kiyevə gedən yol – Azərbaycanın yeni xarici siyasət xətti
Tarix: 09-08-2026 | Saat: 13:44
Bölmə:Siyasət / Karusel | çapa göndər

Bəzən diplomatiyada deyilən sözlərdən daha çox, həmin sözlərin harada, nə zaman və hansı siyasi şəraitdə deyilməsi əhəmiyyət daşıyır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun avqustun 6-da Kiyevə səfərinə də məhz bu prizmadan baxmaq lazımdır.
Bu, adi protokol səfəri deyil.
Ceyhun Bayramov Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra ilk dəfə bu ölkəyə səfər edib. Səfərin ilk dayanacağı isə Kiyevdən əvvəl İrpin olub. Azərbaycan XİN rəhbəri burada Azərbaycanın dəstəyi ilə fəaliyyət göstərən məktəbə, xəstəxanaya və reabilitasiya mərkəzinə baş çəkib.
Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Ancaq mənim üçün bu səfərin ən maraqlı tərəfi təkcə Kiyevdə deyilənlər deyil.
Kiyevə gedən yolun Moskvadan keçməsidir. Çünki Ceyhun Bayramov cəmi bir neçə həftə əvvəl, iyulun 17-də Moskvada Sergey Lavrovla görüşmüş, Azərbaycanla Rusiya arasında yaşanan “çətin dövrün” arxada qaldığını və münasibətlərin normallaşdığını bildirmişdi.
Avqustun 6-da isə həmin nazir Kiyevdə Zelenskinin qarşısında oturaraq Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına açıq dəstəyini bir daha ifadə edir.
Bu iki səfər arasındakı cəmi bir neçə həftəlik məsafə əslində Azərbaycanın son illərdə formalaşan yeni xarici siyasət fəlsəfəsini anlamaq üçün kifayətdir.
Azərbaycan Ukraynanı niyə dəstəkləyir?
Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə münasibəti yeni deyil. Bakı Krımın ilhaqından sonra da Ukraynanın ərazi bütövlüyünü tanıyıb, 2022-ci ildən sonra da bu mövqeyini dəyişməyib.
Bunun səbəbini anlamaq üçün mürəkkəb geosiyasi nəzəriyyələrə ehtiyac yoxdur, çünki Azərbaycan özü təxminən 30 il işğaldan əziyyət çəkmiş dövlətdir. Bizim üçün ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və separatizmin qəbul edilməməsi hansısa dövlətə simpatiya və ya antipatiya məsələsi deyil.
Bu, dövlətçilik prinsipidir.
Azərbaycan Ukraynanın ərazi bütövlüyünü şübhə altına alsaydı, əslində özünün Qarabağla bağlı onilliklər ərzində müdafiə etdiyi hüquqi-siyasi mövqeyi də zəiflətmiş olardı. Ona görə də İlham Əliyevin Ukraynaya verdiyi son mesajlardan biri təsadüfi deyildi: İşğalla barışmayın.
Bu sözləri 30 il torpaqlarının işğal altında qalması ilə barışmayan və nəticədə öz ərazi bütövlüyünü bərpa edən dövlətin başçısı deyirdi. Bunun Kiyev üçün mənası olduğu qədər, Moskva üçün də mənası var idi.
Moskvadan Kiyevə
Burada isə Ceyhun Bayramovun səfərinin zamanlaması xüsusi maraq doğurur.
İyulun 17-sində Moskvada Sergey Lavrovla görüşdə Azərbaycan–Rusiya münasibətlərində yaranmış gərginliyin aradan qaldırılmasından danışılır.
Avqustun 6-sı isə Kiyevdə Volodimir Zelenski ilə görüşdə Ukraynanın ərazi bütövlüyünə açıq dəstək nümayiş etdirilir.
Bu görüşdə Rusiyanın Ukraynaya davam edən hücumlarından, Qara dənizdə vəziyyət və taxıl dəhlizlərinin bloklanması, kənd təsərrüfatı, energetika və neft-qaz məsələlərdən danışılıb.
Və ən maraqlısı isə hər iki ölkə arasında müdafiə əməkdaşlığı müzakirə olunub.
Ukrayna Prezidentinin Ofisi bunu rəsmi şəkildə açıqlayıb. Üstəlik, rəsmi məlumatda sadəcə ümumi “müdafiə əməkdaşlığı” ifadəsi işlədilmir. Tərəflərin “Drone Deal” adlandırılan məsələni də müzakirə etdiyi bildirilir. Bunun konkret kommersiya və ya hərbi-texniki məzmunu rəsmi açıqlamada detallandırılmadığından, bundan Azərbaycanın Ukraynaya pilotsuz uçuş aparatları verməsi kimi qəti nəticə çıxarmaq hələ tezdir.
Ancaq bir şey aydındır.
Azərbaycan–Ukrayna münasibətləri artıq yalnız humanitar yardım və enerji generatorları çərçivəsində deyil. Münasibətlər təhlükəsizlik və müdafiə sahəsinə doğru da genişlənir.
“Sizə tam arxalana bilərsiniz”
Görüşün bəlkə də ən güclü siyasi mesajını isə Ceyhun Bayramov özü verib.
Ukrayna Prezidentinin rəsmi məlumatına görə, Azərbaycan XİN rəhbəri Zelenskiyə Azərbaycanın siyasi dəstəyinə arxalana biləcəyini bildirib və Bakının Ukraynanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı məsələsində mövqeyini açıq şəkildə ifadə etdiyini vurğulayıb.
Diplomatiyada sözlərin çəkisi var. Xüsusilə həmin sözlər müharibə aparan dövlətin prezidentinin qarşısında və Rusiyanın hücumlarının davam etdiyi bir vaxtda deyilirsə.
Azərbaycan bununla Rusiyaya müharibə elan etmir. Rusiyaya qarşı hansısa koalisiyaya da qoşulmur. Amma eyni zamanda Moskvanın Ukrayna məsələsindəki siyasi mövqeyini qəbul etmədiyini gizlətmir. Məhz burada Azərbaycanın yeni xarici siyasətinin konturları daha aydın görünür.
Bəs Azərbaycan Rusiya ilə münasibətləri pozur? Xeyr. Məsələnin maraqlı tərəfi də budur. Axı, Ceyhun Bayramov Kiyevə getməzdən bir neçə həftə əvvəl Moskvada idi.
«Kyiv Post» qəzeti də buna xüsusi diqqət çəkir. Nəşr xatırladır ki, Bayramov və Lavrov iyul görüşündə münasibətlərdəki gərginliyin aradan qalxdığını göstərmişdilər. Bundan əvvəl isəAzərbaycan və Rusiya XİN-ləri 2026–2027-ci illər üçün məsləhətləşmələr planı imzalamışdılar.
Deməli, Bakı Moskva ilə qapıları bağlamır və bağlamamalıdır, Rusiya Azərbaycanın böyük qonşusudur.
İki ölkə arasında böyük ticarət dövriyyəsi, nəqliyyat əlaqələri, Şimal–Cənub dəhlizi, iqtisadi münasibətlər və Rusiyada yaşayan böyük Azərbaycan icması var. Dövlət siyasəti emosiyalar üzərində qurulmur. Amma başqa bir məsələ də var. Rusiya ilə münasibətlərin olması Rusiyanın bütün siyasətini qəbul etmək demək deyil. Bakı ilə Moskva arasındakı münasibətlərdə son illərin əsas dəyişikliklərindən biri də məhz budur.
Qarabağdan sonra dəyişən Azərbaycan
Bu dəyişikliyi anlamaq üçün 2020-ci ildən əvvəlki Azərbaycana və bugünkü Azərbaycana baxmaq kifayətdir.
Azərbaycan uzun illər Qarabağ problemini həll etməyə çalışan dövlət idi. Rusiya isə həmin münaqişənin həllində əsas siyasi və hərbi aktorlardan biri idi.
Bu vəziyyət istər-istəməz Azərbaycanın xarici siyasət imkanlarını məhdudlaşdırırdı. 2020-ci il müharibəsi bu vəziyyəti dəyişdirdi.
2023-cü ildə Azərbaycan bütün ərazisində suverenliyini bərpa etdi. 2024-cü ildə Rusiya sülhməramlıları Qarabağdan çıxdılar.
Beləliklə, Moskvanın Azərbaycan üzərində ən mühüm siyasi təsir vasitələrindən biri faktiki olaraq aradan qalxdı. Bugünkü Azərbaycan Rusiya ilə danışarkən Qarabağ probleminin ağırlığını çiynində daşımır. Bu, çox böyük fərqdir.
Məhz buna görə Bakı indi Moskva ilə münasibətlərini qoruyaraq eyni zamanda Ukraynanın ərazi bütövlüyünü əvvəlkindən daha açıq müdafiə edə bilir.
AZAL hadisəsindən sonra dəyişən psixologiya
Azərbaycan–Rusiya münasibətlərinin yeni mərhələsini yalnız Ukrayna məsələsi ilə izah etmək də düzgün olmaz.
AZAL təyyarəsinin 2024-cü ilin dekabrında Aktau yaxınlığında qəzaya uğramasından sonra yaranan vəziyyət iki ölkə arasındakı münasibətlərin psixoloji tərəfini ciddi şəkildə dəyişdirdi.
Ardınca Rusiyada azərbaycanlılarla bağlı yaşanan hadisələr və Bakı ilə Moskva arasındakı gərginlik göstərdi ki, Azərbaycan artıq münasibətlərdə keçmiş sovet məkanına xas olan “böyük dövlət–kiçik dövlət” davranış modelini qəbul etmək niyyətində deyil.
Azərbaycan Rusiya ilə münasibət istəyir. Amma bərabərhüquqlu münasibət. Əməkdaşlıq istəyir. Amma siyasi tabelik yox.
Bu fərqi görmədən bugünkü Azərbaycan–Rusiya münasibətlərini anlamaq mümkün deyil.
Ukraynaya yardımın başqa mənası
Azərbaycan 2022-ci ildən etibarən Ukraynaya əsasən humanitar və enerji infrastrukturu sahəsində yardım göstərib. Generatorlar, transformatorlar, elektrik avadanlıqları, tibbi və humanitar yardım…
İlk baxışda bunlar hərbi siyasətdən uzaq görünə bilər. Amma məsələnin başqa tərəfi də var. Rusiya Ukraynanın enerji infrastrukturunu vurur. Azərbaycan həmin infrastrukturu bərpa etməyə kömək edir. Diplomatiyada hər mesaj bəyanatla verilmir. Bəzən bir transformator yüz siyasi bəyanatdan daha aydın danışır.
İrpində Azərbaycanın dəstəklədiyi məktəb, xəstəxana və reabilitasiya mərkəzinin olması da təsadüfi detal deyil. Bayramovun səfərə məhz həmin obyektləri ziyarətlə başlaması Bakının Ukraynaya münasibətinin yalnız sözlərdən ibarət olmadığını göstərən simvolik mesajdır.
İndi isə “Drone Deal”
Burada isə yeni və olduqca maraqlı mərhələ başlayır. Ukrayna Prezidentinin Ofisi Bayramov–Zelenski görüşündən sonra açıqladığı məlumatda tərəflərin müdafiə əməkdaşlığını, o cümlədən “Drone Deal” məsələsini müzakirə etdiyini bildirib.
Bu ifadənin üzərindən sakitcə keçmək olmaz. Çünki bu ilin aprel ayında, Zelenski müharibə başlayandan sonra Azərbaycana etdiyi ilk səfər zamanı Bakı ilə Kiyev arasında təhlükəsizlik və müdafiə əməkdaşlığının dərinləşdirilməsinə yönəlmiş altı ikitərəfli sənəd imzalanmışdı. Avqustdakı görüşdə isə Ukrayna tərəfi prezidentlərin həmin səfər zamanı əldə etdikləri razılaşmaların icrasının nəzərdən keçirildiyini bildirir.
Deməli, söhbət bir görüş zamanı təsadüfən işlədilən “müdafiə” sözündən getmir.
Ortada müəyyən proses var. Həmin prosesin real miqyasını isə rəsmi sənədlərin detalları açıqlandıqca daha dəqiq qiymətləndirmək mümkün olacaq.
Burada ehtiyatlı olmaq lazımdır.
“Drone Deal” ifadəsini görüb dərhal Azərbaycanın Ukraynaya silah və ya döyüş dronları göndərməsi nəticəsinə gəlmək düzgün olmaz.Ancaq bununla yanaşı, bu ifadəni heç nə olmamış kimi görməməzlikdən gəlmək də düzgün deyil.
Azərbaycan–Ukrayna münasibətlərində təhlükəsizlik komponenti yaranır və ya əvvəlkindən daha görünən mərhələyə keçir. Bu isə Moskvanın diqqətindən yayınmayacaq.
Bakı Rusiyadan Qərbə keçir?
Kyiv Post qəzeti məsələyə bir qədər fərqli yanaşır. Nəşr Azərbaycanda həm Moskva, həm də Kiyevlə münasibətlərin saxlanılmasını Bakının özünə manevr sahəsi yaratması kimi təqdim edir: bir tərəfdən Rusiyaya Qərbə tam istiqamətlənmədiyini göstərmək, digər tərəfdən Kiyev və Avropaya Moskvanın xətti ilə eyniləşmədiyini nümayiş etdirmək.
Bu yanaşmanın müəyyən məntiqi var. Ancaq məncə, Azərbaycanın hazırkı siyasətini yalnız “manevr” və ya klassik “balanslaşdırma” anlayışı ilə izah etmək artıq yetərli deyil. Çünki manevr edən dövlət adətən iki böyük güc arasında sıxılmış və hər ikisinin reaksiyasından ehtiyat edən dövlətdir.
Bugünkü Azərbaycan isə getdikcə başqa mövqedədir.
Azərbaycan Türkiyə ilə müttəfiqdir.
Rusiya ilə münasibətlərini saxlayır.
Avropanın mühüm enerji tərəfdaşıdır.
İsraillə strateji münasibətləri var.
Mərkəzi Asiya ilə siyasi və iqtisadi inteqrasiyanı genişləndirir.
Ukraynanın ərazi bütövlüyünü açıq müdafiə edir.
Və bütün bunları eyni vaxtda edir.
Bunun adı məncə, artıq sadəcə balanslaşdırma deyil.
Strateji avtonomiyadır.
Balans siyasəti ilə strateji avtonomiya arasında fərq
Bu iki anlayış bir-birinə oxşasa da, aralarında mühüm fərq var.
Balans siyasəti aparan dövlət qərar verərkən böyük güclərin mümkün reaksiyasını əsas meyarlardan biri kimi götürür.
Strateji avtonomiyaya malik dövlət isə ilk növbədə öz milli maraqlarını müəyyənləşdirir və tərəfdaşlarını həmin maraqlara uyğun seçir.
Rusiya ilə əməkdaşlıq Azərbaycanın marağındadırsa, əməkdaşlıq edir.
Ukraynanın ərazi bütövlüyünü müdafiə etmək Azərbaycanın dövlətçilik prinsipinə uyğundursa, bunu açıq deyir.
Avropaya qaz satmaq iqtisadi və siyasi maraqlarımıza uyğundursa, satırıq.Türkiyə ilə hərbi müttəfiqlik təhlükəsizliyimizi gücləndirirsə həmin müttəfiqliyi daha da dərinləşdiririk.
Ukrayna ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq Azərbaycan üçün faydalıdırsa, bunun da müzakirəsini aparırıq.
Burada əsas sual artıq:
“Moskva nə deyər?” və ya “Brüssel nə deyər?” olmamalıdır.
Əsas sual:
“Bu, Azərbaycanın maraqlarına uyğundurmu?” olmalıdır.
Azərbaycan artıq seçim qarşısında qalan dövlət deyil
Uzun illər postsovet ölkələrinin xarici siyasətinə belə yanaşılırdı:
Rusiya, yoxsa Qərb?
Moskva, yoxsa Brüssel?
Rusiya, yoxsa Türkiyə?
Bu düşüncə tərzinin özü artıq köhnəlib.
Azərbaycan niyə seçim etməlidir? Niyə Rusiya ilə iqtisadi münasibətlərin olması Ukrayna ilə münasibətləri istisna etməlidir? Niyə Avropa ilə enerji əməkdaşlığı Türkiyə ilə müttəfiqliyə mane olmalıdır? Niyə İsraillə strateji münasibətlər ərəb və müsəlman ölkələri ilə münasibətlərin qarşısını almalıdır?
Azərbaycanın coğrafiyası bizim üçün bəzən problem kimi təqdim olunub. Əslində düzgün siyasət aparıldıqda həmin coğrafiya böyük üstünlükdür. Biz Rusiya ilə Yaxın Şərqin, Mərkəzi Asiya ilə Avropanın, Qara dənizlə Xəzərin kəsişməsində yerləşirik. Bu coğrafiyanın girovu olmaq da mümkündür. Onun imkanlarından istifadə etmək də. Azərbaycan ikinci yolu seçməyə çalışır.
Moskva da yeni reallığı qəbul etməli olacaq
Rusiya üçün də Cənubi Qafqaz əvvəlki Cənubi Qafqaz deyil.
Azərbaycan əvvəlki Azərbaycan deyil. Moskva bunu nə qədər tez qəbul etsə, Azərbaycan–Rusiya münasibətləri üçün bir o qədər faydalı olar. Azərbaycan Rusiyanın düşməni olmaq niyyətində deyil.Bunun Azərbaycana heç bir faydası yoxdur. Amma Azərbaycan Rusiyanın kiçik tərəfdaşı olmaq niyyətində də deyil. Bakı Moskva ilə bərabərhüquqlu münasibət istəyir. Bu münasibətin davam etməsi üçün qarşılıqlı hörmət olmalıdır. Azərbaycanın suveren qərarlarına hörmət edilməlidir. Ukrayna ilə münasibətlər də həmin suveren qərarlardan biridir.
Kiyev səfərinin əsl mesajı
Ona görə Ceyhun Bayramovun Kiyev səfərini sadəcə “Azərbaycan Ukraynaya dəstək verdi” başlığı ilə oxumaq kifayət etmir. Səfərin daha böyük siyasi mənası var.
Bir neçə həftə əvvəl Azərbaycanın xarici işlər naziri Moskvada Lavrovla oturub Rusiya ilə münasibətlərin normallaşmasından danışır. Bir neçə həftə sonra Kiyevdə Zelenski ilə oturub Ukraynanın ərazi bütövlüyünə tam siyasi dəstəyini ifadə edir və müdafiə əməkdaşlığını müzakirə edir. Burada ziddiyyət yoxdur. Əksinə, Azərbaycanın yeni xarici siyasətinin məntiqi məhz buradadır. Azərbaycanın maraqlarına uyğun şəkildə Rusiya ilə əməkdaşlıq edəcəyik.
Beynəlxalq hüquq və öz dövlətçilik təcrübəmiz bunu tələb etdiyi üçün Ukraynanın ərazi bütövlüyünü müdafiə edəcəyik. Türkiyə ilə müttəfiqliyimizi gücləndirəcəyik. Avropa ilə enerji və siyasi əməkdaşlığımızı genişləndirəcəyik. Ukrayna ilə təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı maraqlar varsa, bunu da müzakirə edəcəyik. Bunların heç biri digərini istisna etmir. Bəlkə də son illərdə Azərbaycan xarici siyasətində baş verən ən mühüm dəyişiklik məhz budur.
Bakı artıq böyük dövlətlər arasında seçim etməyə çalışan paytaxt deyil. Azərbaycan öz seçimlərini özü müəyyənləşdirən regional dövlətə çevrilir. Ceyhun Bayramovun Moskvadan bir neçə həftə sonra Kiyevdə görünməsi bunun çox aydın fotosudur.
Azərbaycan Rusiyaya qarşı deyil. Azərbaycan Ukraynaya qarşı da deyil. Azərbaycan öz milli maraqlarının tərəfindədir. Və müstəqil xarici siyasətin mahiyyəti də elə budur.musavat.com
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-08-2026
21:11 Bu yol bağlanır