“Bizi daha bir ağır qış gözləyir” - ŞOK XƏBƏRDARLIQ
Tarix: 09-08-2026 | Saat: 18:13
Bölmə:Dünya | çapa göndər

Serbiya prezidenti Aleksandar Vuçiç ukraynalı həmkarı Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında Şərqi Avropadakı müharibənin başa çatacağı müddətlə bağlı hələlik ciddi proqnoz verə bilmədiyini və tərəfləri daha bir çətin qışın gözləyə biləcəyindən narahat olduğunu bildirib.
"Hamımız müharibənin ən qısa zamanda bitməsini istəyirik. Əgər məndən bir siyasətçi kimi soruşsanız, buna əmin deyiləm və bizi daha bir çətin qışın gözlədiyindən ciddi şəkildə narahatam", - Vuçiç deyib.
Serbiya rəhbərinin fikirlərinin arxasında nələr dayanır?
Politoloq Kənan Novruzov Musavat.com-a açıqlamasında bu fikirlərdə həqiqət payının kifayət qədər çox olduğunu qeyd edib:
"Serbiya liderinin fikirləri xeyli dərəcədə məntiqlidir. Doğrudan da, müharibənin sonu görünmür. Hər iki tərəf danışıqlarda maraqlı olduğunu bildirsə də, Rusiya iddialarından əl çəkmir, Ukrayna isə güzəştə getmək istəmir. Tərəflər ortaq məxrəcə gələ bilmədiklərinə görə məsələ mürəkkəbləşir. İkinci bir tərəfdən, hazırkı situasiyada həm ABŞ-nin, həm də Avropanın proseslərə təsir imkanı kifayət qədərdir. Hər iki tərəfin maraqları fərqlidir: rəsmi Vaşinqton müharibəni bitirmək, Avropa isə davam etdirmək istəyir. Ona görə proses daha da çətinləşir. Müharibənin bitməsi üçün əvvəlcə ABŞ və Avropa mövqelərini yaxınlaşdırmalıdır. Əgər Avropa perspektivdə ABŞ-nin maraqlarını təhlükəyə atarsa, onda rəsmi Vaşinqtonun təzyiq mexanizmlərini işə salması mümkündür. Avropa nə qədər çalışsa da, ABŞ asılılığından qurtula bilməyib. Eyni zamanda rəsmi Kiyevlə rəsmi Moskvanın da qarşılıqlı kompromisləri şərtdir. Bu, hazırda real görünməsə də, qarşıdakı dövrdə Ukraynanın Rusiya ərazisinə zərbələri davam edərsə, real ehtimala çevrilə bilər: Ukrayna məqsədli şəkildə Rusiyanın enerji obyektlərini hədəf alır. Bu, daxildə enerji böhranına səbəb olur. Beləliklə, xüsusilə qışa doğru Kremlin müharibə siyasətini dəstəkləyənlərin sayı azala, hakimiyyətə qarşı etirazlar formalaşa bilər".
Politoloq onu da diqqətə çatdırıb ki, Ukraynanın bu həmləsi Avropanın mövqeyinə də təsir edə bilər:
"Avropa Rusiyadan ucuz enerji alır. Amma mümkün enerji böhranı dəyişikliyə səbəb ola, Rusiyanın neft-qazı daha yüksək qiymətə təklif etməsi ilə nəticələnə bilər. Bu, Avropaya sərf edən ssenari deyil. Ona görə də getdikcə Avropanın mövqeyində dəyişiklik gözləniləndir. Onsuz da artıq Avropa dövlətləri arasında fikir ayrılığı yaranıb. Bir məqam dəqiqdir ki, müharibə Türkiyənin vasitəçiliyi və qarşılıqlı güzəştlər olmadan bitməyəcək. Rəsmi Kiyevin hazırkı ən azından taktiki üstünlüyü buna doğru apara bilər".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-08-2026
21:11 Bu yol bağlanır