Hamı onlayndır, amma heç kim yanımızda deyil
Tarix: 10-08-2026 | Saat: 12:30
Bölmə:Özəl / Yazar7 | çapa göndər

Telefon həyatımıza girəndə bizə dedilər ki, dünya kiçilib. Doğrudan da kiçildi. Dünyanın o başındakı adamla bir saniyəyə danışırıq, Amerikadakı dostumuzun səhər yeməyini görürük, Avropada yaşayan qohumumuzun nə yediyini, haraya getdiyini, hansı restoranda oturduğunu bilirik. Amma qəribədir, dünyanın o başındakı adam bizə bu qədər yaxınlaşdıqca yanımızdakı adam bizdən uzaqlaşmağa başladı. İndi bir kafedə iki nəfərin qarşı-qarşıya oturduğunu görürsən. Birinin əlində telefon, o birinin əlində telefon. Görünüşdə görüşüblər, əslində isə hərəsi başqa yerdədir. Biri sosial şəbəkədə kiminsə həyatına baxır, o biri başqa birinin həyatını izləyir. Qarşılarındakı insan isə sakitcə gözləyir. Bəlkə də müasir dövrün ən böyük paradokslarından biri budur: heç vaxt bu qədər çox əlaqəmiz olmayıb, amma heç vaxt bu qədər az ünsiyyət qurduğumuz da olmayıb.
Əvvəllər ailədə adamlar axşam bir yerə yığışanda söhbət edirdilər. Kimin nə problemi var, nə baş verib, kim haraya gedib – bunları bir-birindən soruşurdular. İndi isə ailə üzvləri eyni otaqda oturub bir-birlərinə mesaj yaza bilərlər. Ana oğluna “çay içəcəksən?” deyir, oğul başını qaldırmadan “hə” yazır. Ata evdə nə baş verdiyini bilmək üçün ailə qrupuna baxır. Uşaq da valideynindən gizli deyil, telefonundan gizli yaşayır. Belə getsə, bir müddət sonra evdə bir-birimizlə danışmaq üçün də internet paketinə ehtiyacımız olacaq. Ən qəribəsi isə budur ki, bütün bunları normal qəbul etməyə başlamışıq. Kimsə süfrədə telefonuna baxırsa, artıq heç kim təəccüblənmir. Kimsə dostu ilə danışarkən eyni vaxtda sosial şəbəkəni də izləyirsə, bunu diqqətsizlik yox, müasir həyatın qaydası hesab edirik. Halbuki insanın qarşısındakı adamı dinləməsi üçün iki qulaq kifayətdir, amma telefon onun diqqətini bölmək üçün yüzlərlə səbəb tapa bilir.
Telefonun özündə günah yoxdur. O, bizə çox şey verir. İşimizi asanlaşdırır, uzaqdakı insanı yaxın edir, məlumat almağa, əlaqə saxlamağa, hətta bəzən həyatımızı xilas etməyə imkan verir. Problem telefonun bizə sahib çıxmağa başlamasındadır. Əvvəllər biz telefona zəng edirdik, indi telefon bizə xəbər göndərir. Əvvəllər istədiyimiz vaxt sosial şəbəkəyə girirdik, indi sosial şəbəkə bizim nə vaxt gələcəyimizi gözləmədən bizi çağırır. Bir bildiriş gəlir, baxırıq. Başqa biri gəlir, yenə baxırıq. Sonra bir video, bir xəbər, bir şərh... Beş dəqiqəlik baxış yarım saata çevrilir. Yanımızda oturan adam isə həmin yarım saat ərzində bizdən bir cümlə gözləyir. Bəlkə də ən böyük itki vaxt deyil. Ən böyük itki diqqətdir. Çünki insana vaxt ayırmaq hələ onunla olmaq demək deyil. Onun yanında olub fikrən başqa yerdə olmaq daha qəribə tənhalıqdır.
Bəlkə də arada bir telefonu kənara qoyub ətrafımıza baxmaq lazımdır. Evdə otururuqsa, evdəkilərə baxaq. Dostumuzla görüşmüşüksə, dostumuza baxaq. Uşağımız danışırsa, onun üzünə baxaq. Çünki uşaqlar böyüyür, valideynlər yaşlanır, dostluqlar dəyişir, insanlar bir gün həyatımızdan çıxır. Heç bir telefon bizə həmin anları geri qaytarmayacaq. Sosial şəbəkədə yüz min insan bizi görə bilər, amma evdə bir nəfər bizi görmürsə, bunun nə mənası var? Bəlkə də telefonun ekranını söndürməkdən qorxduğumuz qədər, həyatın özünü qaçırmaqdan qorxmalıyıq. Çünki sabah telefonun yaddaşında minlərlə şəkil qalacaq, amma həmin şəkillərdə yanımızda olan insanlarla nə qədər həqiqi söhbət etdiyimizi heç bir proqram hesablamayacaq. Hamımız onlayn ola bilərik. Amma insanın əsl ehtiyacı bəzən sadəcə bir şeydir: yanında olan adamın həqiqətən yanında olması.
Şəmsi Qoca
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-08-2026