Trampdan Əliyevə G20 dəvəti: Bakı artıq regional aktordan qlobal oyunçuya çevrilir
Tarix: 10-08-2026 | Saat: 16:04
Bölmə:Siyasət | çapa göndər

“Azərbaycan–ABŞ münasibətlərində baş verən son dəyişikliklərə yalnız diplomatik əlaqələrin genişlənməsi kimi baxmaq kifayət deyil. Burada daha böyük geosiyasi proses gedir. Vaşinqton Bakını artıq yalnız enerji tərəfdaşı və regional əməkdaşlıq aktoru kimi deyil, Cənubi Qafqazın gələcək təhlükəsizlik və iqtisadi arxitekturasında, eyni zamanda daha geniş coğrafiyada Mərkəzi Asiyada mühüm tərəfdaş kimi nəzərdən keçirir”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün işçi qrupunun yaradılması barədə memorandumun imzalanması bu prosesin başlanğıc nöqtəsi oldu. “Altı ay sonra isə sənədin Bakıda imzalanması münasibətlərin yeni mərhələyə keçdiyini rəsmiləşdirdi”, - o vurğualyıb.
Deputat əlavə edib ki, bu baxımdan Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən G20 sammitinə dəvət olunması da ayrıca siyasi mesaj kimi qiymətləndirilə bilər: “Belə platformalarda iştirak dövlətin yalnız ikitərəfli münasibətlərinin deyil, beynəlxalq sistemdə siyasi çəkisinin və tərəfdaşlıq imkanlarının da göstəricisinə çevrilir.
Burada əsas məsələ dəvətin protokol tərəfi deyil, onun arxasındakı siyasi məzmundur: Azərbaycan regional aktordan daha geniş beynəlxalq gündəlikdə nəzərə alınan dövlətə çevrilir”.
Vaşinqton Bakının regional roluna niyə önəm verir?
T. Mirkişili əlavə edib ki, Azərbaycanın coğrafi mövqeyi bu münasibətlərin əsas sütunlarından biridir: “Xəzərdən Cənubi Qafqaza, oradan Türkiyə və Avropaya uzanan nəqliyyat və enerji marşrutları Azərbaycanı Şərq-Qərb bağlantısının mühüm halqasına çevirir.
Strateji Tərəfdaşlıq Xartiyasında regional bağlantıların və tranzitin ayrıca istiqamət kimi qeyd olunması təsadüfi deyil. ABŞ-Azərbaycan əməkdaşlığının gündəliyinə enerji, ticarət və təhlükəsizliklə yanaşı regional kommunikasiyaların daxil edilməsi göstərir ki, Vaşinqton Azərbaycanın geoiqtisadi potensialını geosiyasi sabitliklə birlikdə qiymətləndirir.
Bu mənada Zəngəzur istiqaməti və TRIPP layihəsi də yalnız nəqliyyat məsələsi deyil. Bu layihələr reallaşdığı halda Azərbaycan Naxçıvan üzərindən Türkiyə və daha geniş Avropa məkanına çıxışını gücləndirəcək, Cənubi Qafqazın regional bağlantı xəritəsi isə əhəmiyyətli dərəcədə dəyişəcək”.
Azərbaycanın sülh gündəliyi yeni əhəmiyyət qazanır
O həmçinin qeyd edib ki, Vaşinqton–Bakı münasibətlərinin yeni mərhələsinin digər mühüm tərəfi sülh məsələsidir:
“Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra hərbi üstünlükdən siyasi-diplomatik gündəliyə keçməsi regiondakı proseslərin xarakterini dəyişdi. Bakı artıq özünü yalnız münaqişə tərəfi kimi deyil, regional sülhün, kommunikasiyaların açılmasının və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biri kimi təqdim edir.
ABŞ da bu prosesdə daha fəal rol almağa başlayıb. Prezident İlham Əliyev də Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını ABŞ-ın Cənubi Qafqazda sülhə verdiyi töhfə ilə əlaqələndirib.
Beləliklə, Vaşinqton–Bakı münasibətlərinin strateji xarakter alması yalnız Azərbaycan üçün yeni imkanlar yaratmır. Bu münasibətlər Cənubi Qafqazda yeni təhlükəsizlik balansının formalaşmasına da təsir göstərir. Bakı isə artıq proseslərin aktiv iştirakçısıdır. Ən mühüm dəyişiklik də məhz budur. Azərbaycan artıq böyük güclərin Cənubi Qafqaz siyasətində nəzərə aldığı passiv coğrafi məkan deyil. Bakı enerji, nəqliyyat, təhlükəsizlik və sülh gündəliklərini bir-biri ilə əlaqələndirərək özünün geosiyasi çəkisini artırır”.
Deputat hesab edir ki, bu münasibətlər Azərbaycanın xarici siyasətində yeni bir mərhələ açır: “Bakı müxtəlif güc mərkəzləri ilə münasibətlərini balanslaşdırmaqla yanaşı, özünün regional təşəbbüslərini qlobal tərəfdaşların maraqları ilə uzlaşdıran aktora çevrilir.
Ona görə də Vaşinqton–Bakı xəttində baş verənləri yalnız “Azərbaycan və ABŞ münasibətləri yaxşılaşır” kimi qiymətləndirmək məsələnin mahiyyətini kiçiltmək olardı.
Burada daha böyük proses gedir. Belə ki, Azərbaycanın beynəlxalq çəkisi artır, ABŞ Bakının strateji əhəmiyyətini daha açıq şəkildə qəbul edir və Cənubi Qafqazda sülhün yeni geosiyasi arxitekturası formalaşır. Bu arxitekturanın mərkəzində isə getdikcə daha aydın şəkildə Bakı-Vaşinqton strateji tərəfdaşlığı görünür”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-08-2026