Xameneidən şok qərarlar: SEPAH və orduda yeni komandirlər
Tarix: 14-08-2026 | Saat: 11:59
Bölmə:Dünya | çapa göndər

Son günlər yenidən barəsində ziddiyyətli xəbərlər yayılan İranın ali rəhbəri Müctəba Xamenei gözlənilmədən ölkənin ordu, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Milli Təhlükəsizlik Ali Şurasında genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirib.
Musavat.com xəbər verir ki, "Regnum"İİA ik baxışdan müxtəlif strukturlarda aparılan adi rotasiya təsiri bağışlayan bu dəyişikliklərin arxasında daha ciddi siyasi və hərbi mesajın dayandığı bildirilib.
Yeni rəhbərlik İranın son bir ildə əldə etdiyi regional təsir imkanlarından geri çəkilmək niyyətində olmadığını və xarici təzyiqlərə qarşı asimmetrik mübarizəni davam etdirəcəyini nümayiş etdirir.
Müctəba Xameneinin əsas addımlarından biri keçmiş SEPAH komandanı Möhsün Rzainin Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edilməsi olub. Rzai SEPAH və mühafizəkar siyasi dairələrdə böyük nüfuza malik “qırğılarr” qrupunun nümayəndəsi kimi tanınır. Onun Körfəz və Hörmüz boğazı ilə bağlı mövqeyi də sərtliyi ilə seçilir. Yeni katib hesab edir ki, İran bölgədə formalaşmış yeni status-kvonu bütün vasitələrlə, o cümlədən hərbi güclə müdafiə etməlidir.
"Regnum" yazır ki, bu yanaşmanın əsas tərəfdarlarından biri Pezeşkian idi. O, 2024-cü ildə prezident seçkilərində Qərblə iqtisadi və siyasi əlaqələrin yenidən qurulacağı vədi ilə siyasi uğur qazanmışdı.Lakin Müctəba Xamenei bu xəttin güclənməsinin qarşısını almaq qərarına gəlib. Nəticədə Zülqədr vəzifədən tam uzaqlaşdırılmasa da, siyasi məsələlər üzrə müşavir postuna keçirilib və onun real təsir imkanları əhəmiyyətli dərəcədə azaldılıb.Beləliklə, Milli Təhlükəsizlik Ali Şurasında ağırlıq mərkəzi prezident administrasiyasından güc strukturlarına və mühafizəkar dairələrə doğru dəyişib.
Milli Təhlükəsizlik Ali Şurasındakı dəyişikliklərdən sonra hərbi strukturlarda da yeni təyinatlar həyata keçirilib.Ordunun Baş Qərargahına general-mayor Əli Abdollahinin gətirildiyi bildirilir. O, daha əvvəl “Xatəm əl-Ənbiya” mərkəzi qərargahına rəhbərlik edib. Onun müavini isə quru qoşunlarına rəhbərlik etmiş general Əmir Kiyumərs Heydəri təyin olunub.SEPAH-da da rəhbərlik yenilənib. General-mayor Əhməd Vəhidi martın 1-dən faktiki olaraq korpusa rəhbərlik etdikdən sonra baş komandan kimi mövqeyini möhkəmləndirib. Onun müavini isə general Mustafa İzadi olub.İran İnqilab Keşikçilərinin Hərbi-Dəniz Qüvvələrinə də Əli Əzmai rəhbər təyin edilib. O, Qərb ölkələrində İranın Hörmüz boğazında tətbiq etdiyi təzyiq strategiyasının hazırlanmasında iştirak edən hərbçilərdən biri hesab olunur."Bəsic” könüllü qüvvələrinin rəhbərliyinə isə SEPAH-ın kəşfiyyat strukturuna uzun müddət rəhbərlik etmiş Hüseyn Taeb qaytarılıb. Taeb SEPAH daxilində kəşfiyyat, əks-kəşfiyyat və siyasi fəaliyyət sahəsində təcrübəli fiqur kimi tanınır.
Kadr dəyişikliklərinin xarakteri İran rəhbərliyinin mümkün yeni qarşıdurma ssenarilərinə hazırlaşdığını göstərir.Müctəba Xameneinin daxili sabitliyi pozmağa yönəlmiş cəhdlər, silahlı etnik qrupların fəallaşması, kiberhücumlar və kritik infrastrukturun sıradan çıxarılması ehtimalını nəzərə aldığı görünür.Bu səbəbdən yeni rəhbərlik hərbi, kəşfiyyat, kibertəhlükəsizlik və asimmetrik müharibə təcrübəsi olan şəxsləri əsas vəzifələrə gətirir.“Bəsic”ə verilən yeni missiya da bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilir. Müctəba Xamenei bu strukturun yalnız daxili təhlükəsizlik aləti deyil, həm də İran cəmiyyətində milli səfərbərlik və “vətəndaş müdafiəsi” modelinin əsas dayaqlarından birinə çevrilməsini istəyir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-08-2026