İrəvandan Kiyevə artan müəmmalı zənglər
Tarix: 14-08-2026 | Saat: 11:08
Bölmə:Dünya | çapa göndər

"Ermənistanın baş naziri Nikol Paşinyanın seçkiqabağı dövrdə Rusiya ilə münasibətlərə dair verdiyi vədlərlə hazırkı siyasəti arasında ciddi fərq müşahidə olunur. Seçkilərdən sonra Moskva ilə yaranmış problemlərin həll ediləcəyi və münasibətlərin normallaşdırılacağı barədə vədlərə baxmayaraq, İrəvan-Rusiya xəttində gərginlik daha da artır".
Bu barədə alphanews.am-ın təhlilində deyilir.
Müşahidəçilərə görə, Ermənistan hakimiyyəti son dövrdə Moskva ilə münasibətlərdə təzyiq və qarşıdurma taktikasına üstünlük verir. İrəvanın hesablaması bundan ibarətdir ki, artan gərginlik müəyyən mərhələdə Rusiyanı geri addım atmağa məcbur edə bilər. Bu siyasətin əsas istiqamətlərindən biri Ukrayna ilə təmasların intensivləşdirilməsidir. Paşinyan yenidən baş nazir təyin olunmasından sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb. Ermənistan parlamentinin spikeri Ruben Rubinyan Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla parlamentlərarası əlaqələrin genişləndirilməsini müzakirə edib. Xarici işlər naziri Ararat Mirzoyan isə ukraynalı həmkarı Andrey Sibiqa ilə əlaqə saxlayıb.
Erməni saytına görə, Ermənistanın yüksək səviyyəli rəsmilərinin Kiyevlə eyni vaxtda fəallaşması Moskva üçün siyasi mesaj kimi qiymətləndirilir. İrəvan bununla xarici siyasətdə alternativ tərəfdaşlara açıq olduğunu nümayiş etdirir. "Bununla yanaşı, Ermənistan hakimiyyətinin Rusiya ilə əlaqəli biznes strukturlarına təzyiqi də diqqət çəkir. Paşinyanın Rusiyaya spirtli içki ixrac edən “Ludinq” şirkətinin sahiblərinin hüquq-mühafizə orqanları tərəfindən araşdırmaya cəlb edilməsinə dair göstərişi bu baxımdan nümunə kimi göstərilir. Baş nazir şirkəti haqsız rəqabətdə ittiham edib" deyə, yazıda bildirilir.
Rusiya-Ermənistan münasibətlərində digər mühüm məsələ Cənubi Qafqaz Dəmir Yolunun (CQDY) gələcək statusudur. Rusiya Dəmir Yollarının törəmə strukturu olan şirkətlə bağlı İrəvanda müxtəlif ssenarilər səsləndirilir. Paşinyan konsessiyanın özəl şirkətlərə verilməsi, Rusiyanın isə yalnız minoritar səhmdar kimi qalması və ya lisenziyanın fəaliyyət istiqamətləri üzrə bölünməsi ehtimalından danışıb. Ermənistan tərəfi məsələnin “dostcasına” həll edilməsinin tərəfdarı olduğunu bildirsə də, konsessiya ilə bağlı mümkün maliyyə iddialarının 2 milyard dollara çatması barədə açıqlamalar vəziyyətin kifayət qədər mürəkkəb olduğunu göstərir.
Moskva isə İrəvanın bu siyasətinə əvvəlki illərdə olduğu kimi güzəştlərlə cavab verməyə bilər. Rusiya ilə Ermənistan arasında iqtisadi, enerji, nəqliyyat və əmək miqrasiyası sahələrində mövcud qarşılıqlı asılılıq İrəvan üçün əlavə risklər yaradır.Nəticədə Ermənistanın Rusiya ilə münasibətlərdə atdığı hər bir yeni addım yalnız siyasi deyil, həm də ciddi iqtisadi nəticələr doğura bilər. Bu vəziyyətdə əsas sual İrəvanın Moskva ilə qarşıdurmanı hansı həddə qədər davam etdirə biləcəyidir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-08-2026