Nazir: Türkiyə öz nüvə proqramını inkişaf etdirəcək
Tarix: 14-08-2026 | Saat: 12:19
Bölmə:Dünya | çapa göndər

Türkiyə nüvə proqramını genişləndirərkən nüvə enerjisi texnologiyalarını müstəqil şəkildə inkişaf etdirən və istifadə edə bilən bir ölkə olmağı hədəfləyir.
aia.az “Turkiye Today”ə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
"Biz Türkiyəni nüvə enerjisinin bu yeni dövründə öz enerji texnologiyalarından istifadə edə və öz resurslarını istehsal edə bilən bir ölkəyə çevirmək istəyirik. Hesab edirəm ki, Türkiyənin mühəndislik potensialı bunun üçün kifayətdir. Hazırda bu sahədə çox ciddi işlər görülür", nazir Bayraktar qeyd edib.
Enerji müstəqilliyinin Türkiyənin əsas məqsəd olaraq qaldığını deyən nazir bildirib ki, Türkiyə xarici enerji mənbələrindən asılılığına son qoymaq üçün yerli neft və təbii qaz istehsalı, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi tədbirləri ilə yanaşı, nüvə enerjisini də inkişaf etdirir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-08-2026