Neft bazarında SON DURUM
Tarix: 17-08-2026 | Saat: 08:34
Bölmə:İqtisadiyyat | çapa göndər

ABŞ-İran danışıqlarındakı qeyri-müəyyənlik və Hörmüz boğazında tankerlərə hücumlardan sonra bu gün həftənin ilk hərraclarında neft qiymətləri demək olar ki, dəyişməz qalıb.
aia.az xəbər verir ki, xüsusilə, "Brent" markalı xam neftin fyuçersləri 20 sent (0,2 faiz) artaraq barel üçün 88,72 dollara çatıb.
WTI neft fyuçersləri isə 7 sent azalaraq barel üçün 82,33 dollar olub. Hər iki qiymət ötən həftə Hörmüz boğazında Əbu-Dabi Milli Neft Şirkətinə məxsus tankerlərə edilən hücumlardan sonra 5 faizdən çox artıb.
Reuters-in yazdığına görə, tankerlərə edilən hücumlardan sonra Hörmüz boğazında gəmiçilik hərəkəti həftəsonu yavaşlayıb. Şənbə günü boğazdan beş yük gəmisi keçib. Kpler gəmi izləmə məlumatlarına görə, əvvəlki həftəsonu 31 gəmi ilə müqayisədə bazar günü boğazdan heç bir keçid qeydə alınmayıb.
Bundan əlavə, avqustun 14-də Birləşmiş Ərəb Əmirlikləri İranı boğazdan keçən ADNOC gəmisinə hücum etməkdə ittiham edib. Bu, şirkətin bir gün əvvəl boğazda iki digər ADNOC gəmisinə hücum olunduğuna dair məlumatından sonra baş verib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-08-2026
08:34 Neft bazarında SON DURUM
16-08-2026