Mobil versiya
“Futbolda son ilim ola bilər...”
Tarix: 16-08-2026 | Saat: 19:30
Bölmə:İdman | çapa göndər

“Futbolda son ilim ola bilər...”


Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo karyerasının sonu ilə bağlı açıqlama verib.

“aia.az” xəbər verir ki, 41 yaşlı ulduz bu barədə müsahibəsində danışıb.

Ronaldo bildirib ki, 25 illik futbol karyerasını başa vurmağa hazırlaşır:

“Bu, futbolda son ilim ola bilər və böyük miras qoymaq istəyirəm”.

Portuqaliyalı futbolçu karyerasını başa vurduqdan sonra səyahət etmək, padel oynamaq və futboldan kənar müxtəlif fəaliyyətlərlə məşğul olmaq istədiyini də qeyd edib.

Ronaldo bildirib ki, futboldan ayrıldıqdan sonra həyatında böyük boşluq yaranacaq və həmin vaxtını müxtəlif fəaliyyətlərlə dolduracaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə