Mobil versiya
“Zubir kimi 13-14 illik futbolçularımız olub”
Tarix: 17-08-2026 | Saat: 23:04
Bölmə:İdman | çapa göndər

“Zubir kimi 13-14 illik futbolçularımız olub”


“Biz vida matçı təklifi etmədik. Çünki bu, bir neçə günün içində baş tutdu”.

“aia.az” xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının ilk turunda “Şamaxı”nı 3:1 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Klubdan ayrılan təcrübəli futbolçu Abdullah Zubirə vida matçının təşkil olunmaması ilə bağlı sualı cavablandıran mütəxəssis komandada belə bir ənənənin olmadığını bildirib:

“Biz heç bir oyunçuya vida matçı etməmişik. Həm vaxt yoxdur, həm də bu günə qədər bizdə belə bir təcrübə olmayıb. Zubir kimi 13-14 illik futbolçularımız olub. Sadəcə Zubir sadə futbolçudur. Onun üçün də vida matçı keçirilib-keçirilməməyinin önəmi yoxdur. O, buradakı həyat tərzindən həzz alıb və bunu dəyərləndirib”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-08-2026