Marketlərdə erməni malları – Alan olacaqmı?
Tarix: 17-08-2026 | Saat: 18:44
Bölmə:İqtisadiyyat | çapa göndər

Yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac tədarükünə başlanılması gözlənilir. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlər üçün brifinqdə deyib.
“Qarşılıqlı ticarət məsələsi gündəmdədir. Yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac tədarükləri həyata keçiriləcək”, - Baş nazir qeyd edib.
Ekspertlər hesab edir ki, Azərbaycan Ermənistan üçün logistik və nəqliyyat baxımından yaxın bazar olduğundan, müəyyən məhsulların ölkəmizə idxalı üçün imkanlar yarana bilər. Ermənistanın əsas ixrac bazarının hazırda Rusiya olduğunu bildirən ekspertlər bu asılılığın azaldılmasının İrəvan üçün prioritetlərdən birinə çevrildiyini qeyd edir.
O zaman hansı erməni məhsulları marketlərimizdə, bazarlarımızda satışa çıxarıla bilər? Əhalinin erməni mallarına münasibəti necə olacaq? Erməni malıdır deyə boykot edərlər, yoxsa alarlar? Yoxsa ilk vaxtlar qeyri-ərzaq məhsulları, məsələn, tikinti-sənaye, elektrik sənaye məhsulları Azərbaycana göndəriləcək?
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov Musavat.com-a bildirib ki, hazırda Ermənistandan konkret olaraq hansı məhsulların ilk partiyada gələcəyi məlum deyil: “İlk mərhələdə market rəflərinə Ermənistan istehsalı olan qida məhsullarının kütləvi şəkildə çıxarılması o qədər də real görünmür. Əvvəlcə tikinti materialları və tikinti sənayesi məhsullarının, elektrik və kabel avadanlıqlarının, sənaye üçün xammal və komponentlərin, kimya və yüngül sənaye məhsullarının, müəyyən kənd təsərrüfatı məhsullarının Azərbaycana ixrac edilməsi gözlənilir. Daha sonrakı mərhələdə qida və içki məhsullarının göndəriləcəyindən danışmaq mümkündür”.
Ermənistan məhsullarının Azərbaycan əhalisi tərəfindən alınıb-alınmayacağına gəlincə, sabiq nazir hesab edir ki, ilk dövrdə müəyyən psixoloji baryer, hətta “erməni malıdırsa, almıram” yanaşması tamamilə mümkündür: “Xüsusilə məhsulun üzərində “Made in Armenia” yazısının açıq şəkildə görünməsi bəzi istehlakçılarda mənfi reaksiya yarada bilər. Amma bunu bütün Azərbaycan cəmiyyətinə şamil etmək də düzgün olmaz. Qiymət, keyfiyyət və məhsulun tanınmışlığı ön plana çıxdıqca istehlakçı davranışı dəyişə bilər.
Məsələn, alıcı məhsulun mənşəyinə siyasi mövqedən deyil, gündəlik tələbat prizmasından yanaşmağa başlaya bilər. Bununla belə, ərzaq məhsullarında psixoloji baryerin sənaye məhsullarından daha güclü olması ehtimalı yüksəkdir. Bir insan erməni istehsalı kabeli, tikinti materialını və ya sənaye komponentini almağa daha rahat yanaşa bilər, amma söhbət şərab, konserv, şirniyyat, süd məhsulları və digər qida məhsullarından gedəndə emosional münasibət daha çox özünü göstərə bilər”.
Qeyd edək ki, 2026-cı ilin yanvar-iyulunda Azərbaycanın Ermənistana ixracı 17,37 milyon dollar olduğu halda, Ermənistandan Azərbaycana idxal cəmi 960 dollar təşkil edib. Yəni qarşılıqlı ticarətdə böyük disbalans var və Ermənistanın ilk ixracları bu mənzərəni dəyişmək baxımından da əhəmiyyətli ola bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər