Mobil versiya
Azad edilmiş ərazilərə köçürülmə zamanı bu ailələrə üstünlük verilir
Tarix: 19-08-2026 | Saat: 23:11
Bölmə:Ölkə | çapa göndər

Azad edilmiş ərazilərə köçürülmə zamanı bu ailələrə üstünlük verilir


Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdış proqramının icrası davam etdirilir. Uzun illər doğma torpaqlarından ayrı düşmüş keçmiş məcburi köçkün ailələrinin mərhələli şəkildə öz kənd və şəhərlərinə qaytarılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.

Qayıdış prosesi yalnız yeni yaşayış məhəllələrinin və fərdi evlərin inşası ilə məhdudlaşmır. Paralel olaraq yollar, elektrik və qaz xətləri, içməli su və kanalizasiya sistemləri, məktəblər, uşaq bağçaları, tibb müəssisələri, xidmət obyektləri və digər sosial infrastruktur yaradılır. Məqsəd insanların öz doğma yurdlarına qayıtdıqdan sonra burada təhlükəsiz, rahat və normal həyat şəraitində yaşamalarını təmin etməkdir.

Bəs, qayıdış proqramı çərçivəsində hansı kateqoriyadan olan keçmiş məcburi köçkünlərin öz yurdlarında mənzillə təmin edilməsinə üstünlük verilir?

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Musavat.com-a verilən məlumata görə, Böyük Qayıdışa dair l Dövlət Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması mərhələli qaydada davam etdirilir. Mərhələli qaydada aparılan qayıdış zamanı, ilk növbədə, qəzalı vəziyyətdə və ağır şəraitdə yataqxana, sanatoriya, düşərgə, məktəb, bağça kimi inzibati binalarda yaşayan ailələrə üstünlük verilir. Eləcə də, şəhid ailəsi, müharibə iştirakçısı kimi xüsusi imtiyazı olan keçmiş məcburi köçkünlər də ilk növbədə köçürülən ailələr siyahısına daxildir.
Bu yanaşma Böyük Qayıdışın yalnız əhalinin müəyyən ərazilərə köçürülməsi deyil, eyni zamanda sosial ədalət prinsipləri əsasında həyata keçirilən kompleks proses olduğunu göstərir.

Qayıdan ailələrin məşğulluğunun təmin edilməsi də prosesin mühüm istiqamətlərindən biridir. Çünki insanların doğma torpaqlarına qayıtması ilə Böyük Qayıdışın əsas məqsədi həmin ərazilərdə dayanıqlı və fəal həyatın bərpası qarşıya çıxır. Bu baxımdan yeni iş yerlərinin yaradılması, sahibkarlıq imkanlarının genişləndirilməsi, kənd təsərrüfatının, turizmin və xidmət sektorunun inkişafı xüsusi əhəmiyyət daşıyır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-08-2026