Qarabağa helikopterlə gəlib atəş açan məşhur erməniyə ABŞ-də “atəş açıldı” – qulağını burdular
Tarix: 19-08-2026 | Saat: 23:40
Bölmə:Gündəm / Dünya | çapa göndər

Sosial şəbəkələrdə dəbdəbəli həyat tərzi ilə məşhurlaşan erməni əsilli amerikalı Dan Bilzerianın ABŞ Konqresinə düşmək cəhdi uğursuzluqla nəticələnib.
aia.az xəbər verir ki, Bilzerian Florida ştatının 6-cı Konqres dairəsində Respublikaçılar Partiyasının praymerizində iştirak edib. Avqustun 18-də keçirilən səsvermədə hazırkı konqresmen Rendi Fayn təxminən 57 faiz səslə qalib gəlib. Bilzerian isə təxminən 19 faiz səs toplayaraq məğlub olub.
1980-ci ildə Florida ştatının Tampa şəhərində doğulan Dan Bilzerian erməni əsilli amerikalı biznesmen Pol Bilzerianın oğludur. Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan Bilzerian dəbdəbəli həyat tərzi, poker oyunları və silahlarla bağlı paylaşımları ilə məşhurlaşıb. O, 2018-ci ildə Ermənistan vətəndaşlığı da alıb.
Bilzerian Azərbaycan ictimaiyyətinə Qarabağla bağlı fəaliyyəti ilə də tanışdır. O, 2018-ci ildə Azərbaycanın həmin dövrdə işğal altında olan Qarabağ ərazisinə qanunsuz səfər edib. Bilzerian Qarabağa Mi-8 helikopteri ilə gedib və səfər zamanı atış meydanında müxtəlif silahlardan atəş açıb.
Ermənistan müdafiə nazirinin o zamankı sözçüsü Artsrun Ovannisyan Bilzerianın Qarabağa helikopterlə getdiyini təsdiqləmişdi. Onun sözlərinə görə, helikopter Ermənistan Hərbi-Hava Qüvvələrinə məxsus olub və Bilzerian tərəfinin müraciətindən sonra müvafiq prosedur əsasında ayrılıb.
Azərbaycan hüquq-mühafizə orqanları Bilzerianın işğal altındakı ərazilərə qanunsuz səfəri və orada silahdan istifadə etməsi ilə əlaqədar cinayət işi açmış, onun barəsində beynəlxalq axtarış elan etmişdi.
Bilzerian 44 günlük müharibə zamanı da Ermənistan tərəfini açıq şəkildə dəstəkləyib. 2020-ci ilin oktyabrında erməni hərbçilərinə dəstək ifadə edən Bilzerian azərbaycanlılara qarşı təhqiramiz ifadələr işlədib. Həmin dövrdə Bilzerian ailəsinin Ermənistan və Qarabağdakı separatçı quruma yardım məqsədilə 250 min dollar ayırdığı da açıqlanmışdı.musavat.com

Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər