Aqrar inkişafın yeni mərhələsi və ADAU-nun tarixi missiyası
Tarix: 21-08-2026 | Saat: 15:34
Bölmə:Manşet / Özəl / İqtisadiyyat | çapa göndər

Son zamanlar Aqrar Universitetin şəffaflığını, inkişaf tempini gözü götürməyənlər yenə ağzına gələnləri danışır, ictimai rəyi çaşdırmağa çalışır. Bəla burasındadır ki, həmin adamlar ADAU ailəsinin üzvüləridir və anonim imza ilə hay-küy qaldırırlar. Ən azından onlar sonuncu dövlət proqramı ilə əlaqədar təhsil müəssisəsində görülən işlərdən xəbərsizdirlər. Bəlkə də xəbərləri var amma görmək istəmirlər. Elə bu səbəbdəndə ADAU-nun mətbuat şöbəsinin müdür müavini kimi bu məqaləni hazırladım.

Yer üzündə elə sərvətlər var ki, zaman keçdikcə tükənir. Neft hasil olunur, faydalı qazıntılar çıxarılır, sərvətlər xərclənir. Ancaq bir sərvət var ki, ona elm, zəhmət və qayğı göstərildikcə daha da zənginləşir, insanlığa saysız-hesabsız nemətlər bəxş edir. Bu sərvətin adı torpaqdır. Torpaq yalnız üzərində yaşadığımız məkan deyil. O, həyatın başlanğıcı, bolluğun mənbəyi, dövlətlərin iqtisadi dayağı, xalqların ərzaq təhlükəsizliyinin təminatçısıdır. Min illər boyu sivilizasiyalar məhz məhsuldar torpaqlar üzərində qurulmuş, dövlətlərin qüdrəti isə onların torpağa münasibəti ilə ölçülmüşdür. Bu gün dünyada baş verən geosiyasi proseslər, iqlim dəyişiklikləri, ərzaq böhranları və qlobal çağırışlar bir həqiqəti yenidən təsdiq edir: XXI əsrdə torpaq təkcə təbii sərvət deyil, həm də milli təhlükəsizlik amili, strateji kapital və gələcək nəsillərə ötürülən ən qiymətli mirasdır.
Azərbaycan xalqı torpağın müqəddəsliyini əsrlər boyu qoruyub yaşadıb. Bu torpaq yalnız çörək verən ana deyil, həm də Vətənin özü, milli kimliyimizin, mənəvi yaddaşımızın ayrılmaz hissəsidir. Uğrunda şəhidlər verdiyimiz bu torpaqların hər qarışının becərilməsi, məhsuldar hala gətirilməsi və gələcək nəsillərə daha zəngin şəkildə ötürülməsi dövlətçilik düşüncəsinin mühüm tərkib hissəsidir. Torpağın qorunması ilə onun səmərəli istifadəsi bir-birini tamamlayan müqəddəs vəzifələrdir. Məhz buna görə də müasir dünyada kənd təsərrüfatı artıq yalnız iqtisadi fəaliyyət sahəsi kimi qiymətləndirilmir. O, ərzaq təhlükəsizliyinin, sosial rifahın, ekoloji tarazlığın, regional inkişafın və milli müstəqilliyin əsas sütunlarından biri hesab olunur. Güclü kənd təsərrüfatına malik dövlətlər qlobal iqtisadi sarsıntılar qarşısında daha dayanıqlı olur, öz xalqının sosial rifahını daha etibarlı şəkildə təmin edir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən aqrar islahatlar da məhz bu strateji baxışa söykənir. Torpağa münasibətin dəyişdirilməsi, müasir texnologiyaların tətbiqi, fermerlərin hərtərəfli dəstəklənməsi, aqrar elmin inkişafı və kənd təsərrüfatının rəqabətqabiliyyətli sahəyə çevrilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlət başçısının 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" da məhz bu strateji xəttin yeni mərhələsini müəyyənləşdirir.

Azərbaycanın iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı uzun illərdir ki, qeyri-neft sektorunun aparıcı istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində aqrar sahədə müasir infrastruktur yaradılıb, fermerlərin dövlət dəstəyi genişləndirilib, subsidiya mexanizmləri təkmilləşdirilib, torpaqdan istifadənin səmərəliliyi artırılıb və regionların sosial-iqtisadi inkişafı yeni mərhələyə qədəm qoyub. Bu siyasətin məntiqi davamı kimi qəbul edilən “Dövlət Proqramı" Azərbaycanın aqrar inkişaf tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyur. Bu sənəd təkcə növbəti beş ilin fəaliyyət planı deyil. O, ölkənin ərzaq təhlükəsizliyini möhkəmləndirən, ixrac potensialını genişləndirən, kənd yerlərində məşğulluğu artıran, ekoloji tarazlığı qoruyan və aqrar istehsalın rəqabət qabiliyyətini yüksəldən strateji inkişaf konsepsiyasıdır. Dövlət Proqramında nəzərdə tutulan hədəflər göstərir ki, qarşıdakı illərdə kənd təsərrüfatının inkişafı yalnız ənənəvi istehsalın genişləndirilməsi ilə məhdudlaşmayacaq. Süni intellekt, rəqəmsal idarəetmə, innovativ texnologiyalar, elmi tədqiqatlar və yüksəkixtisaslı insan kapitalı aqrar inkişafın əsas hərəkətverici qüvvəsinə çevriləcək. Məhz buna görə də proqramın uğuru ilk növbədə elmin və təhsilin imkanlarından necə istifadə olunacağından asılıdır. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, aqrar inqilablar laboratoriyalarda başlayır, universitetlərdə formalaşır və fermer təsərrüfatlarında nəticəsini verir. Azərbaycan da bu mərhələyə qədəm qoyur. Bu yeni mərhələdə ölkənin aqrar elminin əsas dayağı və kadr hazırlığı üzrə aparıcı ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universitetinin üzərinə son dərəcə mühüm və strateji vəzifələr düşür. Belə olan halda təbii ki, ADAU artıq təkcə ali məktəb statusu ilə kifayətlənməməlidir. Qarşıdakı illərdə universitet ölkənin aqrar inkişaf siyasətinin elmi qərargahına çevrilməli, qəbul edilən dövlət proqramlarının intellektual təminatçısı kimi fəaliyyət göstərməlidir. Bu gün kənd təsərrüfatında uğur təkcə məhsuldarlığın artması ilə ölçülmür. Əsas meyar bilik, innovasiya və texnologiyanın istehsala tətbiqidir. Deməli, ADAU-nun qarşısında duran ən mühüm vəzifə yeni dövrün çağırışlarına cavab verən mütəxəssislər yetişdirmək, aqrar elmin inkişafını sürətləndirmək və elmi nailiyyətləri birbaşa istehsalata çatdırmaqdır. Dövlət Proqramında müəyyən edilmiş istiqamətlər universitetdə tədris və elmi fəaliyyətin də yeni mərhələyə keçməsini zəruri edir. Süni intellekt əsaslı kənd təsərrüfatı, rəqəmsal aqrar idarəetmə, dron texnologiyaları, peyk monitorinqi, biomühəndislik, genetik seleksiya, iqlim dəyişikliklərinə uyğun əkinçilik, ağıllı suvarma sistemləri, balıqçılıq və akvakultura kimi istiqamətlər artıq gələcəyin deyil, bu günün prioritetidir. ADAU məhz bu sahələr üzrə regionun ən güclü elmi və tədris mərkəzinə çevrilməlidir. Universitetin fəaliyyəti auditoriya ilə məhdudlaşmamalıdır. Universitet laboratoriyada əldə olunan nəticələri fermerin tarlasına, bağçasına, istixanasına və təsərrüfatına qədər çatdırmağı bacarmalıdır. Dövlət Proqramının uğuru da məhz bu zəncirin qurulmasından asılı olacaq. ADAU alimlərinin hazırladığı yeni toxum sortları, məhsuldarlığı artıran aqrotexniki həllər, su ehtiyatlarından səmərəli istifadə modelləri, xəstəliklərə davamlı bitki növləri, müasir yem bazası və rəqəmsal idarəetmə sistemləri istehsalatda tətbiq olunmalıdır. Elm praktikaya çevrildikcə onun real iqtisadi səmərəsi də artacaq. Beləcə də universitet qarşıdakı illərdə regionlarla əməkdaşlığını daha da genişləndirəcək. İqtisadi rayonlarda Aqrar İnnovasiya Mərkəzlərinin yaradılması, fermerlər üçün daimi təlim proqramlarının təşkili, səyyar laboratoriyaların fəaliyyət göstərməsi, kənd təsərrüfatı üzrə məsləhət xidmətlərinin genişləndirilməsi Dövlət Proqramının həyata keçirilməsinə ciddi dəstək verəcək. Bu yanaşma universitetlə fermer arasında canlı körpü yaradacaq, elmi biliklərin praktikaya operativ ötürülməsini təmin edəcək.

Müasir aqrar inkişaf artıq beynəlxalq əməkdaşlıq olmadan təsəvvür edilmir. ADAU son illərdə dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə qurduğu tərəfdaşlıq əlaqələrini daha da genişləndirərək Türkiyə, Hollandiya, Macarıstan, İtaliya, İsrail və digər ölkələrin qabaqcıl təcrübəsini Azərbaycan kənd təsərrüfatına gətirmək imkanına malikdir. İkili diplom proqramları, beynəlxalq elmi layihələr, tələbə və müəllim mübadiləsi, xarici laboratoriyalarla birgə tədqiqatlar universitetin potensialını daha da gücləndirəcək və Dövlət Proqramının icrasına mühüm töhfə verəcək. Xüsusilə, Türkiyənin Ege, ABŞ-ın Oklohoma Universiteti ilə həyata keçirilən ikili diplom proqramı, bu ölkələrin zəngin aqrar təcrübəsinin bizim tarlalara transfer edilməsində əvəzsiz rol oynayır. Bu gün ADAU məzunu olan gənc mühəndis holdinqə gələndə müasir dronların idarə edilməsini, GPS əsaslı traktorların proqramlaşdırılmasını artıq mükəmməl bilir. ADAU-da aparılan yeniləşmə prosesləri də məhz bu strateji məqsədlərə xidmət edir. Rektor Zəfər Qurbanovun rəhbərliyi ilə universitetdə həyata keçirilən islahatlar, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müasir laboratoriyaların yaradılması, təhsil proqramlarının yenilənməsi, istehsalatla əlaqələrin möhkəmləndirilməsi və innovasiya mühitinin formalaşdırılması ali təhsil müəssisəsinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Son illərdə keçirilən beynəlxalq forumlar, karyera sərgiləri, bitki adaptasiya laboratoriyalarının yaradılması, özəl sektorla əməkdaşlığın genişlənməsi və tələbələrin praktik hazırlığının gücləndirilməsi universitetin inkişaf strategiyasının düzgün istiqamətdə qurulduğunu təsdiqləyir. Yeni Dövlət Proqramı isə bu islahatların miqyasını daha da genişləndirmək üçün geniş imkanlar açır. Ən mühüm məqamlardan biri isə odur ki, Azərbaycan Dövlət Aqrar Universitetində qarşıya qoyulan bu strateji vəzifələri həyata keçirmək üçün artıq kifayət qədər möhkəm elmi, maddi-texniki və tədris bazası formalaşdırılıb. Son illərdə universitetin Tədris-Təcrübə Təsərrüfatının müasir tələblər səviyyəsində yenidən qurulması bunun ən parlaq nümunəsidir. Ümumi sahəsi 78,3 hektar olan bu kompleksdə əkin sahələri, meyvə bağları, üzümlüklər, örüşlər və digər istehsal sahələri müasir aqrar təhsilin praktik bazasına çevrilib. Burada açıq və qapalı şəraitdə tədrisin təşkili üçün auditoriyalar tam müasir inventarlarla təmin olunub, qoyunçuluq və heyvandarlıq fermaları əsaslı şəkildə yenilənib, baytarlıq və zootexniklik ixtisasları üzrə peşəkar kadr hazırlığına xidmət edən müasir heyvan kəsimi və laboratoriya kompleksi yaradılıb. Su təminatının gücləndirilməsi məqsədilə subartezian quyularının bərpası, ehtiyat su hovuzunun tikilməsi, açıq və qapalı balıqçılıq təsərrüfatlarının, istixanaların, biotexnologiya mərkəzinin, torpaq analizi laboratoriyalarının, quşçuluq və heyvandarlıq komplekslərinin fəaliyyəti tələbələrin nəzəri biliklərini birbaşa praktik bacarıqlarla möhkəmləndirməsinə geniş imkan yaradır. Universitetdə həyata keçirilən ikili diplom proqramları, beynəlxalq əməkdaşlıq layihələri və istehsalat təcrübəsinin tədris prosesində xüsusi yer tutması göstərir ki, ADAU artıq yalnız bilik verən ali məktəb deyil, elm, innovasiya və istehsalın vəhdətini təmin edən müasir aqrar inkişaf mərkəzinə çevrilməkdədir. Önəmli olan bir də odur ki, ADAU-da tələbələr üçün iki ən müasir yataqxana tikilib və tələbələrin demək olar yataqxana problemi həllini tapıb. Məhz bu möhkəm elmi, maddi-texniki və tədris bazası deməyə tam əsas verir ki, Azərbaycan Dövlət Aqrar Universiteti Prezident İlham Əliyevin müəyyən etdiyi 2026–2030-cu illər üçün Dövlət Proqramının elmi-intellektual təminatçılarından biri kimi üzərinə düşən tarixi missiyanı yüksək peşəkarlıqla yerinə yetirməyə tam qadirdir.

Əlbəttə, qarşıdakı illərdə universitet kollektivinin məsuliyyəti daha da artacaq. Professor-müəllim heyəti, alimlər, gənc tədqiqatçılar, doktorantlar və tələbələr vahid məqsəd ətrafında birləşərək Dövlət Proqramının elmi təminatına öz töhfələrini verəcəklər. Çünki aqrar inkişaf yalnız dövlətin və ya fermerlərin işi deyil. Bu, bütövlükdə elmin, təhsilin, istehsalın və cəmiyyətin ortaq məsuliyyətidir. Bu gün Azərbaycan kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyur. Qarşıya qoyulan məqsədlər böyükdür, lakin ölkənin iqtisadi gücü, dövlətin siyasi iradəsi və aqrar elmin mövcud potensialı həmin hədəflərə çatmağa tam əsas verir. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan yaxın illərdə regionun ən müasir aqrar ölkələrindən birinə çevriləcək. Bu möhtəşəm yolun əsas intellektual dayaqlarından biri isə təbii ki, Azərbaycan Dövlət Aqrar Universiteti olacaq. Çünki gələcəyin məhsuldar tarlaları, rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilk növbədə universitet auditoriyalarında, elmi laboratoriyalarda və yaradıcı alim təfəkküründə formalaşır. Məhz buna görə də ADAU-nun tarixi missiyası bu gün heç vaxt olmadığı qədər böyükdür. Universitet öz elmi potensialını, müasir idarəçilik modelini və beynəlxalq əlaqələrini Dövlət Proqramının məqsədləri ilə tam uzlaşdırmaqla Azərbaycanın aqrar inkişafının aparıcı intellektual mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək. Bu isə təkcə aqrar sektorun deyil, bütövlükdə ölkənin davamlı inkişafına, iqtisadi qüdrətinin artmasına və milli ərzaq təhlükəsizliyinin etibarlı təmin olunmasına xidmət edəcək.

Bir daha deyə bilərəm ki, artıq Azərbaycan kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyur. Qarşıya qoyulan məqsədlər böyükdür. Bu məqsədlərə aparan yol da müəyyən edilib. Güclü siyasi iradə, məqsədyönlü dövlət siyasəti, müasir elmi yanaşma və zəhmətkeş Azərbaycan insanı bu yolun ən möhkəm dayaqlarıdır. Prezident İlham Əliyevin təsdiq etdiyi 2026–2030-cu illər üçün Dövlət Proqramı da məhz bu dörd sütun üzərində yüksələn böyük inkişaf strategiyasıdır. Bu strategiyanın uğur qazanması isə yalnız yeni texnikanın alınması, yeni müəssisələrin tikilməsi və ya istehsal göstəricilərinin artması ilə ölçülməyəcək. Əsl uğur torpağa münasibətin dəyişməsində, elmin istehsalın ayrılmaz hissəsinə çevrilməsində, gənclərin aqrar sahəyə marağının artmasında və kənd insanının sabaha inamının daha da möhkəmlənməsində özünü göstərəcək. Məhz bu baxımdan Azərbaycan Dövlət Aqrar Universitetinin üzərinə düşən missiya təkcə mütəxəssis hazırlamaq deyil, həm də yeni aqrar düşüncə formalaşdırmaq, torpağa elmin gözü ilə baxan, Vətənə məsuliyyət hissi ilə çalışan yeni nəsil yetişdirməkdir.

Torpaq insanı heç vaxt aldadan sərvət olmayıb. Ona sevgi ilə yanaşan, biliyini və zəhmətini əsirgəməyən hər kəs torpaqdan öz zəhmətinin bəhrəsini alıb. Min illərdir ki, bu həqiqət dəyişməyib. Sabah da dəyişməyəcək. Çünki torpaq yalnız toxum qəbul etmir, o həm də insanın sevgisini, zəhmətini, biliyini və vətənpərvərliyini öz qoynunda böyüdərək bolluğa çevirir. Bu gün Azərbaycan torpağı özünün yeni intibah dövrünü yaşayır. Qarabağdan Zəngəzura, Arandan dağ kəndlərinədək hər qarış torpaq yeni nəfəs, yeni həyat, yeni məhsuldarlıq gözləyir. Bu böyük dirçəliş yolunda Azərbaycan Dövlət Aqrar Universitetinin alimləri, müəllimləri, tələbələri və bütün ADAU ailəsi yalnız bu günün deyil, gələcəyin kənd təsərrüfatını yaradan insanların ön sırasında dayanırlar. Çünki gələcəyin bolluq süfrəsi universitet auditoriyalarında qazanılan bilikdən, elmi laboratoriyalarda aparılan tədqiqatlardan və Azərbaycan kəndlisinin halal zəhmətindən başlayır.

Torpaq xalqın ən qədim sərvətidir. Elm onun ən böyük qüvvəsidir. İnsan isə bu iki müqəddəs dəyəri gələcəyə daşıyan ən etibarlı körpüdür. Bu körpü möhkəm olduqca Azərbaycan kəndi də inkişaf edəcək, Azərbaycan dövləti daha da qüdrətlənəcək və müqəddəs torpağımız hər zaman bolluğun, bərəkətin və milli rifahın əbədi ünvanı olaraq qalacaq.
Qalib Rəhimli.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-08-2026