Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Tarix: 24-08-2026 | Saat: 09:44
Bölmə:Dünya | çapa göndər

Avropa Birliyi İsrail hökumətini İordan çayının Qərb Sahilindəki E-1 ərazisində yəhudi köçkünlər üçün ev tikmək planlarını ləğv etməyə çağırıb.
aia.az xəbər verir ki, çağırış Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın mətbuat xidməti tərəfindən yayımlanan bəyanatda yer alıb: "Biz İsrail hökumətini tenderi geri götürməyə və E-1 planlarını, eləcə də bütün digər yaşayış məntəqələrinin genişləndirilməsi layihələrini dayandırmağa və köçkünlərin zorakılığına görə məsuliyyət daşımasını təmin etməyə çağırırıq".
Bəyanatda həmçinin qeyd olunur ki, E-1 ərazisində məskunlaşma münaqişənin iki dövlətli həlli perspektivlərini sarsıdacaq: "E-1 ərazisində də daxil olmaqla, Qərb Sahilindəki İsrail yaşayış məntəqələri beynəlxalq hüquqa görə qanunsuzdur. Qərar Qərb Sahilini iki yerə böləcək, Şərqi Qüdsü təcrid edəcək və iki dövlətli həllin davamlılığını daha da sarsıdacaq. Bu hadisələr Qərb Sahilidəki davam edən qeyri-sabitlik və rekord səviyyəli məskunlaşma zorakılığı fonunda baş verir.
Avropa İttifaqı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, iki dövlətli həll yoluna əsaslanan hərtərəfli, ədalətli və davamlı sülhə sarsılmaz sadiqliyini bir daha təsdiqləyir. Bu qətnamələr iki demokratik dövlətin - İsrail və Fələstinin təhlükəsiz və tanınmış sərhədlər daxilində sülh və təhlükəsizlik şəraitində yan-yana yaşamasını nəzərdə tutur".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-08-2026