Manaf Manafov: "Azərbaycan-Özbəkistan münasibətlərində yeni inkişaf mərhələsi"
Tarix: 24-08-2026 | Saat: 10:11
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycanla Özbəkistan arasındakı əlaqələrə yalnız diplomatik münasibətlər prizmasından yanaşmaq kifayət deyil. Bu münasibətlərin əsasında əsrlər boyu formalaşmış tarixi yaddaş, dil və mədəniyyət yaxınlığı, ortaq mənəvi dəyərlər və xalqlar arasında mövcud olan qarşılıqlı rəğbət dayanır. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər də göstərir ki, bu möhkəm mənəvi təməl müasir dövlətçilik prinsipləri ilə tamamlanaraq iki ölkə arasında strateji müttəfiqliyin dayanıqlı əsasını formalaşdırıb.
Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.

Fikirlərini davam etdirən hakim partiya təmsilçisi bildirib ki,son illərdə müşahidə olunan proseslər Azərbaycan-Özbəkistan münasibətlərinin keyfiyyət baxımından yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. Hər iki ölkənin prezidentləri arasında müntəzəm görüşlər və qarşılıqlı səfərlər siyasi dialoqun ardıcıl və davamlı xarakter almasına şərait yaradıb. 2024-cü ildə Azərbaycan Prezidentinin Özbəkistana, 2025-ci ildə isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfərləri çərçivəsində imzalanan Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə və Müttəfiqlik münasibətləri haqqında Müqavilə ikitərəfli əlaqələrin siyasi və hüquqi bazasını daha da möhkəmləndirib. 2023-cü ildə yaradılan Ali Dövlətlərarası Şura isə iki ölkənin yüksək siyasi iradəsinin institusional müstəvidə ifadəsinə çevrilib.
Müttəfiqlik münasibətlərinin əhəmiyyəti iqtisadi göstəricilərdə də özünü aydın şəkildə göstərir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin üç dəfədən artıq artaraq 795 milyon dollara yüksəlməsi, 2026-cı ilin ilk beş ayında isə daha 33 faiz artım nümayiş etdirməsi qarşılıqlı iqtisadi maraqların getdikcə genişləndiyini təsdiqləyir. Ümumi kapitalı 500 milyon dollar təşkil edən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün mühüm mexanizm rolunu oynayır. Füzulidə yaradılan “Dostluq bağı”, “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlıq, Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya qurumunun fəaliyyət göstərməsi tərəfdaşlığın praktiki nəticələrini nümayiş etdirir. Eyni zamanda, Azərbaycan şirkətlərinin Özbəkistanda reallaşdırdığı layihələr əməkdaşlığın qarşılıqlı fayda prinsipi əsasında qurulduğunu göstərir.
Nəqliyyat və logistika sahəsi isə qarşıdakı dövr üçün xüsusi perspektivlər vəd edir. Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada mühüm nəqliyyat qovşaqları kimi çıxış edir. Bu iki strateji mövqenin bir-biri ilə əlaqələndirilməsi Şərq və Qərb arasında yeni nəqliyyat bağlantılarının yaranmasına imkan verə bilər. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP layihəsi ilə uzlaşdırılması regional ticarət və tranzit imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsinə şərait yarada biləcək istiqamətlərdən biridir. Enerji sektorunda, xüsusilə yaşıl enerji dəhlizlərinin yaradılması sahəsində əməkdaşlıq da iqtisadi münasibətlərə daha geniş strateji məzmun qazandırır.
Azərbaycan-Özbəkistan əməkdaşlığının mühüm xüsusiyyətlərindən biri iqtisadi və siyasi yaxınlaşmanın humanitar əlaqələrin inkişafı ilə paralel şəkildə aparılmasıdır. Keçirilən mədəniyyət günləri, “Şuşa Günləri”, elmi və ədəbi tədbirlər, media və qeyri-hökumət təşkilatlarının forumları, eləcə də təhsil sahəsində həyata keçirilən mübadilə proqramları iki xalqın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Özbəkistanın təşəbbüsü ilə Füzulidə Mirzə Uluqbəy adına məktəbin fəaliyyətə başlaması qardaşlıq münasibətlərinin gələcək nəsillərə ötürülməsinin diqqətəlayiq nümunəsidir. Bakıda yaradılan “Özbəkistan” parkı da xalqlarımız arasındakı dostluğun rəmzlərindən birinə çevriləcək. Bundan əlavə, qardaşlaşmış şəhərlərin sayının artması və Özbəkistandan Azərbaycana turist axınının yüksəlməsi əlaqələrin sosial və humanitar dayaqlarını daha da gücləndirir.
Bu münasibətlərin əhəmiyyəti yalnız Azərbaycan və Özbəkistan arasındakı ikitərəfli əlaqələrlə məhdudlaşmır. Hər iki dövlət Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mövqelərin möhkəmləndirilməsinə, türk dünyasının siyasi və iqtisadi inteqrasiyasının dərinləşdirilməsinə mühüm töhfələr verir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu şəkildə qoşulması nəticəsində “C5” formatının faktiki olaraq “C6” məzmunu qazanması regionlararası əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə, Özbəkistanın isə Azərbaycanla münasibətlərində yaranmış müsbət dinamika daha geniş regional inteqrasiya üçün yeni imkanlar formalaşdırır.
Cənab Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlərdən irəli gələn əsas nəticə ondan ibarətdir ki, Azərbaycan-Özbəkistan müttəfiqliyi yalnız imzalanmış siyasi sənədlərlə məhdudlaşan münasibətlər sistemi deyil. Bu əlaqələrin arxasında əsrlərdən gələn qardaşlıq münasibətləri, yüksək səviyyəli siyasi etimad, qarşılıqlı iqtisadi maraqlar, humanitar yaxınlıq və regional proseslərə dair ortaq baxış dayanır. Məhz bütün bu amillərin bir-birini tamamlaması əlaqələrə möhkəmlik və davamlılıq verir. Qarşıdakı mərhələdə Bakı və Daşkəndin yeni təşəbbüslərlə çıxış etməsi həm iki qardaş xalqın rifahının yüksəlməsinə, həm Türk dünyasının daha sıx birliyinə, həm də Avrasiyanın nəqliyyat və iqtisadi xəritəsində yeni imkanların yaranmasına əhəmiyyətli töhfələr verə bilər- deyə, Manaf Manafov açıqlamasını tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-08-2026