Azər Kərimli: “Bakı ilə Daşkənd arasında qurulan münasibətlər daha geniş regional inteqrasiyanın mühüm dayaqlarından birinə çevrilir”
Tarix: 24-08-2026 | Saat: 12:45
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri və Daşkənddə mətbuata bəyanatla çıxışı iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının bəyanatında diqqət çəkən əsas məqamlardan biri Azərbaycan–Özbəkistan əlaqələrinin artıq yalnız ənənəvi dostluq və qardaşlıq münasibətləri çərçivəsində deyil, konkret layihələr, qarşılıqlı investisiyalar və ortaq strateji maraqlar üzərində inkişaf edən çoxşaxəli tərəfdaşlıq modelinə çevrilməsinə dair səsləndirilən fikirlərdir. Aydındır ki, Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü yüksək səviyyəsi təsadüfi xarakter daşımır. Bu münasibətlərin arxasında həm xalqlarımızı birləşdirən tarixi, mənəvi və mədəni bağlar, həm də dövlət başçılarının siyasi iradəsi dayanır. Prezident İlham Əliyevin Özbəkistanın son illərdə keçdiyi inkişaf yoluna yüksək qiymət verməsi də məhz bu baxımdan əhəmiyyətlidir. Dövlət başçısı Daşkəndin və bütövlükdə Özbəkistanın sürətli inkişafını qeyd edərək, bu tərəqqinin ölkədə həyata keçirilən islahatların, iqtisadiyyatın şaxələndirilməsinin və əlverişli investisiya mühitinin formalaşdırılmasının nəticəsi olduğunu vurğuladı.”
Bunları Milli Məclisin deputatı Azər Kərimli aia.az-a açıqlamasında deyib.
Millət vəkili Azərbaycan-Özbəkistan münasibətlərinin yüksələn xətt üzrə inkişafının hər iki ölkənin daxili inkişaf dinamikası ilə birbaşa bağlılığını xüsusi vurğulayıb: “Güclü iqtisadiyyat, dayanıqlı siyasi sistem və beynəlxalq nüfuz ölkələrə xarici əlaqələrdə daha geniş imkanlar qazandırır. Prezident İlham Əliyevin də qeyd etdiy kimi, iki ölkənin paralel inkişaf kursu artıq ikitərəfli münasibətlərin hüdudlarını aşaraq daha geniş geosiyasi proseslər üçün əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Prezidentinin Mərkəzi Asiya və Azərbaycanın vahid geosiyasi və geoiqtisadi region kimi qiymətləndirilməsi barədə fikirləri xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan son illərdə Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini sistemli şəkildə genişləndirir. Özbəkistan isə bu prosesdə Azərbaycanın ən yaxın və etibarlı tərəfdaşlarından biridir. Beləliklə, Bakı ilə Daşkənd arasında qurulan münasibətlər daha geniş regional inteqrasiyanın mühüm dayaqlarından birinə çevrilir. Nəqliyyat, enerji, ticarət və investisiya layihələrinin genişlənməsi bu inteqrasiyanın iqtisadi əsaslarını möhkəmləndirir. Azərbaycan və Özbəkistan əməkdaşlığının digər mühüm xüsusiyyəti onun konkret nəticələrə əsaslanmasıdır. Bu gün tərəflər enerji, nəqliyyat, investisiya, turizm, avtomobil sənayesi, kənd təsərrüfatı, emal, bankçılıq və digər sahələrdə birgə layihələr həyata keçirirlər. Prezident İlham Əliyev ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəfinin artıq uzaq perspektiv kimi deyil, reallaşması gözlənilən konkret nəticə kimi nəzərdən keçirildiyini bildirdi. Bu isə münasibətlərin siyasi bəyanatlardan iqtisadi nəticələr mərhələsinə keçdiyini göstərir. İki ölkə arasında investisiya əməkdaşlığının genişlənməsi də xüsusi diqqətə layiqdir. Qarşılıqlı sərmayələrin artması yalnız iqtisadi göstəricilərin yüksəlməsi demək deyil. Bu, eyni zamanda, tərəflərin bir-birinə olan etimadının real ifadəsidir. İnvestisiya qərarının arxasında siyasi sabitlik, qarşılıqlı inam və uzunmüddətli əməkdaşlıq perspektivi dayanır. Azərbaycan və Özbəkistan münasibətlərində məhz bu amillərin vəhdəti müşahidə olunur. Bu etimadın ən parlaq nümunələrindən biri Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında göstərdiyi qardaşlıq dəstəyidir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi, Xankəndidə tikiş fabrikinə investisiya qoyulması və Qarabağda digər layihələrin həyata keçirilməsi Özbəkistanın Azərbaycanın haqq işinə verdiyi siyasi və mənəvi dəstəyin praktik ifadəsidir. Prezident İlham Əliyevin bu töhfəni xüsusi qeyd etməsi də təsadüfi deyil. Çünki əsl dostluq və qardaşlıq məhz çətin və məsuliyyətli dövrlərdə konkret əməli addımlarla özünü göstərir. Daşkənddə imzalanan yeni sənədlər və əldə olunan razılaşmalar isə bu münasibətlərin gələcək inkişafı üçün institusional bazanı daha da genişləndirir. İqtisadi əlaqələrdən tutmuş turizm, mədəniyyət və digər sahələrə qədər əməkdaşlığın yeni istiqamətlər üzrə dərinləşdirilməsi iki ölkənin qarşılıqlı potensialından daha səmərəli istifadə etməsinə imkan yaradacaq. Prezident İlham Əliyevin bəyanatında səslənən fikirlərdən belə bir nəticə çıxarmaq mümkündür: Azərbaycan və Özbəkistan artıq münasibətlərinin gələcəyini yalnız arzu və niyyətlərlə deyil, konkret fəaliyyət planları ilə müəyyənləşdirirlər. Dövlət başçısının “çox dəqiq fəaliyyət planımız var” fikri də məhz bunu ifadə edir. Hər bir layihənin konkret məzmun daşıması əməkdaşlığın davamlı və nəticəyönümlü xarakter aldığını göstərir.
Bu gün Azərbaycan-Özbəkistan münasibətləri türk dünyasında dövlətlərarası əməkdaşlığın uğurlu nümunələrindən biri kimi diqqət çəkir. Tarixi yaxınlıq siyasi etimada, siyasi etimad iqtisadi tərəfdaşlığa, iqtisadi tərəfdaşlıq isə regional əməkdaşlığın yeni imkanlarına çevrilir. Prezident İlham Əliyevin Daşkənddəki bəyanatı da göstərdi ki, Azərbaycan bu prosesə yalnız ikitərəfli münasibətlərin inkişafı prizmasından deyil, bütövlükdə regionun gələcəyinə təsir edən strateji məsələ kimi yanaşır” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-08-2026