Azərbaycan-Özbəkistan əməkdaşlığı ardıcıl və strateji yanaşma ilə inkişaf edir
Tarix: 24-08-2026 | Saat: 13:49
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan və Özbəkistan arasında münasibətlərin son dövrdə diqqəti cəlb edən əsas xüsusiyyətlərindən biri siyasi dialoqun real iqtisadi nəticələrlə müşayiət olunmasıdır. Cənab Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində vurğuladığı məqamlar göstərir ki, iki ölkə arasında yaranmış müttəfiqlik artıq artan ticarət dövriyyəsi, yeni investisiya təşəbbüsləri və birgə istehsal layihələri ilə daha da möhkəmlənir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin üç dəfədən çox yüksələrək 795 milyon dollara çatması qarşılıqlı iqtisadi potensialın nə qədər geniş olduğunu nümayiş etdirir. Bu göstəricini yalnız statistik artım kimi qiymətləndirmək doğru olmaz. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin intensivləşməsi, hökumətlərarası əlaqələrin genişlənməsi və biznes nümayəndələri üçün yaradılan əlverişli əməkdaşlıq mühiti iqtisadi münasibətlərin sürətli inkişafını dəstəkləyən mühüm amillərdir. Qarşıdakı əsas hədəf isə əldə edilən nəticələri qorumaqla yanaşı, iqtisadi əlaqələri daha yüksək səviyyəyə yüksəltməkdir. Bu baxımdan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması xüsusi əhəmiyyət daşıyır.
Ümumi kapitalı 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti iki ölkənin sahibkarlıq və investisiya imkanlarının birləşdirilməsi, perspektivli layihələrin maliyyələşdirilməsi baxımından mühüm mexanizmə çevrilir. Bu qurumun fəaliyyəti iqtisadi tərəfdaşlığın qısamüddətli deyil, uzunmüddətli strategiyaya əsaslandığını göstərir. Əməkdaşlığın digər vacib istiqamətini isə birgə istehsal layihələri təşkil edir. Avtomobil sənayesində “Chevrolet” və “Isuzu” markaları üzrə həyata keçirilən əməkdaşlıq iki ölkə arasındakı iqtisadi əlaqələrin sadəcə məhsul mübadiləsi ilə məhdudlaşmadığını ortaya qoyur. Birgə müəssisələrin yaradılması istehsal imkanlarının artırılması ilə yanaşı, müasir texnologiyaların, bilik və təcrübənin qarşılıqlı şəkildə paylaşılmasına da imkan verir. Energetika, kənd təsərrüfatı, tekstil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün də ciddi potensial mövcuddur. Hər iki ölkənin iqtisadi üstünlüklərinin bir araya gətirilməsi yeni istehsal və dəyər zəncirlərinin yaranmasına səbəb ola bilər. Bu isə yalnız ticarət həcmlərinin yüksəlməsi deyil, həm də iqtisadi tərəfdaşlığın struktur və keyfiyyət baxımından yeni mərhələyə keçməsi deməkdir.
Özbəkistanın işğaldan azad olunmuş ərazilərin bərpası prosesində iştirakı iki ölkə arasındakı iqtisadi əməkdaşlığa əlavə məna qazandırır. Füzulidə salınan “Dostluq bağı” və Mirzə Uluqbəy adına məktəbin yaradılması qardaş Özbəkistanın Azərbaycanın Böyük Qayıdış siyasətinə verdiyi dəstəyin konkret ifadəsidir. Bu layihələrdə iqtisadi və humanitar istiqamətlər bir-birini tamamlayır, dövlətlər arasındakı münasibətlər isə insanların həyatına birbaşa təsir göstərən təşəbbüslərlə daha da möhkəmlənir. İqtisadi əlaqələrin gələcək inkişafında nəqliyyat və logistika amili də mühüm rol oynayır. Azərbaycanın əlverişli tranzit mövqeyi ilə Özbəkistanın Mərkəzi Asiyadakı strateji yerləşməsinin əlaqələndirilməsi Orta Dəhliz üzrə yeni imkanların yaranmasına şərait yaradır. Nəqliyyat bağlantılarının təkmilləşdirilməsi və yüklərin daha operativ, təhlükəsiz şəkildə daşınması hər iki dövlətin ticarət və investisiya imkanlarını artırmaqla yanaşı, onları daha geniş regional iqtisadi inteqrasiya proseslərinin fəal tərəflərinə çevirir.
Beləliklə, Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığının inkişafı üçün kifayət qədər geniş perspektivlər mövcuddur. Siyasi etimadın yüksək səviyyəsi, formalaşdırılmış investisiya mexanizmləri, birgə istehsal sahəsində əldə olunan təcrübə və nəqliyyat əlaqələrinin genişləndirilməsi bu potensialın reallaşdırılması üçün möhkəm zəmin yaradır. Cənab Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər də təsdiqləyir ki, Bakı ilə Daşkənd arasındakı qardaşlıq yalnız tarixi və mənəvi yaxınlıqla məhdudlaşmır. Bu münasibətlər eyni zamanda hər iki ölkənin iqtisadi inkişafına, qarşılıqlı investisiyaların artmasına və regional əməkdaşlığın genişlənməsinə real imkanlar yaradan mühüm strateji üstünlükdür.
Rauf Qaffarov,
YAP Mingəçevir şəhər təşkilatının sədr müavini.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-08-2026