Mobil versiya
Rusiyanın müharibədə kritik həddi – Sabiq nazirdən qışla bağlı diqqətçəkən proqnoz
Tarix: 25-08-2026 | Saat: 18:17
Bölmə:Özəl | çapa göndər

Rusiyanın müharibədə kritik həddi – Sabiq nazirdən qışla bağlı diqqətçəkən proqnoz


Rusiyada Ukrayna müharibəsi üçün gizli səfərbərlik hallarının genişləndiyi bildirilir. Son həftələrdə müxtəlif regionlardan insanların təzyiq altında Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa məcbur edilməsi barədə şikayətlər yayılıb. Hüquq müdafiəçilərinin məlumatına görə, əsas hədəflər sırasında sosial baxımdan həssas şəxslər yer alır.
Qərb mənbələri isə Rusiya ordusunun yüksək itkilərlə üzləşdiyini və yeni səfərbərlik ehtimalının artdığını bildirirlər. Bu proses müharibənin uzanması fonunda Moskvanın canlı qüvvəyə ehtiyacının davam etdiyini göstərir.
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov hesab edir ki, mövcud vəziyyət Rusiya üçün müharibənin ən ağır mərhələlərindən birinin başladığını göstərir. Onun fikrincə, ölkə daxilində müharibədən narazılıq artır, Ukrayna isə Rusiyanın strateji obyektlərinə PUA zərbələrini genişləndirir.
Yusifov xüsusilə qarşıdan gələn qış aylarına diqqət çəkib. O, Ukraynanın hücumlarının enerji və istilik infrastrukturlarına yönələ biləcəyini və sərt şaxtalar zamanı belə obyektlərin sıradan çıxmasının Rusiya şəhərləri üçün ciddi problemlər yarada biləcəyini proqnozlaşdırıb.
Professorun fikrincə, Ukrayna müharibə müddətində həm hərbi sənayesini, həm də müasir döyüş texnologiyalarından istifadə imkanlarını əhəmiyyətli dərəcədə inkişaf etdirib. Bu isə Kiyevə Rusiyanın arxa cəbhəsində yerləşən strateji və hərbi-sənaye obyektlərinə daha çox təzyiq göstərmək imkanı verir.
Fikrət Yusifov hesab edir ki, Moskvanın problemləri yalnız Ukrayna cəbhəsi ilə məhdudlaşmır. Onun qənaətinə görə, Rusiya eyni zamanda Cənubi Qafqaz, Mərkəzi Asiya və Moldova kimi regionlarda əvvəlki təsir imkanlarını qorumağa çalışır.
Sabiq nazir proseslərin davam edəcəyi təqdirdə Rusiyanın imperiya ambisiyalarının daha ciddi sınaq qarşısında qalacağını düşünür. Yusifovun proqnozuna görə, Ukraynaya qarşı başladılan müharibə nəticə etibarilə Rusiyanın daxili və xarici mövqelərinin daha da zəifləməsinə gətirib çıxara bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-08-2026